. Love.az

Kureken Ehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kureken Ehmed Pasa

Kürəkən Əhməd Paşa (bilinmir – 13 noyabr 1656, İstanbul, Osmanlı imperiyası) — Osmanlı sultanı Sultan İbrahim və IV Mehmedin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Kürəkən Əhməd Paşa
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi 13 noyabr 1656(1656-11-13)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Təhsili
  • Əndərun
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Ümmügülsüm Sultan (Sultan İbrahimin qızı)

Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra öncə miraxur, ardından 1651-ci ilin noyabrında baş miraxur oldu. 1653-cü ildə vəzifədən alınsa da, çox keçmədən vəzir rütbəsi alaraq Sultan İbrahimin qızlarından Ümmügülsüm Sultanla nigahlandı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozcaadanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı. Ancaq qalanı qoruya bilmədiyi üçün gözdən düşmüş, paytaxta çağırılaraq 13 noyabr 1656-cı ildə edam edildi. Övladının olub-olmadığı bilinmir.

Mənbə

redaktə
  • Sicill-i Osmani I cild, səh. 230

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürəkən_Əhməd_Paşa&oldid=7712754"
LOVE.AZ