. Love.az

Kureken Abdullah Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Kureken Abdullah Pasa

Kürəkən Abdullah Paşa (bilinmir – may 1735, Aydın, Osmanlı imperiyası) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Kürəkən Abdullah Paşa
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi may 1735
Vəfat yeri
  • Aydın, Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Əminə Sultan (II Mustafanın qızı)

Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı.

1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir.

Mənbə

redaktə
  • Sicill-i Osmani I cild, səh. 95

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürəkən_Abdullah_Paşa&oldid=7704156"
LOVE.AZ