. Love.az

Kur Altagizi - Wikipedia - Love.az

Ana Səhifə - Kur Altagizi

Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.

Kür altağızı
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Dəstə:
Çəkikimilər
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
Çəkilər
Yarımfəsilə:
Leuciscinae
Cins:
Altağız
Növ:
Kür altağızı
Beynəlxalq elmi adı
  • Chondrostoma cyri Karl Fedorovich Kessler, 1877
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  442640
EOL  214612

Mündəricat

  • 1 Xarakterik morfoloji əlamətləri
  • 2 Yaşayış yeri və həyat tərzi
  • 3 Yayılması
  • 4 Cinsi statusu və çoxalma xüsusiyyətləri
  • 5 Sayı və limit faktorları
  • 6 Rasionu
  • 7 İnsan həyatına təsiri
  • 8 Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
  • 9 Növün qeydiyyat göstəriciləri
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Xarakterik morfoloji əlamətləri

redaktə

Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir.[1]

Yaşayış yeri və həyat tərzi

redaktə

Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır. 2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması kürü şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Yayılması

redaktə

Azərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Kür-Araz çaylarında və onların qollarında yayılmışdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

redaktə

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi mart ayının axırlarından aprel ayının sonlarına qədər, suyun temperaturu 12.0 - 14.0 C° olduqda baş verir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə 15.4 minlə 18.5 min ədəd arasında olmaqla tökür. Reproduktivliyin periodu ildə bir dəfə. Generasiyaların sayı ömrün orta uzunluğundan asılı olaraq 2-3 dəfə olur[2].

Sayı və limit faktorları

redaktə

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.

Rasionu

redaktə

Qidasını yosunlar, su bitkiləri, detrit, su cücüləri və balıq kürüləri təşkil edir.

İnsan həyatına təsiri

redaktə

Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir[2].

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

redaktə

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

Növün qeydiyyat göstəriciləri

redaktə

AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı: Elm, 2004, s.620
  2. ↑ 1 2 Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kür_altağızı&oldid=6793317"
LOVE.AZ