. Love.az

Kursengi - Wikipedia - Love.az

Ana Səhifə - Kursengi

Kürsəngi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Kürsəngi
39°46′51″ şm. e. 49°07′24″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Kürsəngi xəritədə
Kürsəngi
Kürsəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 Din
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Tarixi

redaktə

Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.

Kənd əhalisinin bir qismi Qobustan rayonunun Çelov kəndi ərazisindən 1948-1949-cu illərdə 150 təsərrüfat kəndin ərazisinə köçmüşdür. Çelov kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə Təpəli, Axundlu, Yolqırağı, Alyar və sair qışlaqları olmuşdur. Çelov kəndinin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Sonralar Çelov kəndinin camaatının bir hissəsi Kürsəngi kəndində məskunlaşmışdır. Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.[1]

Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2]

 
Kəndin ərazisindən Kürsəngi dağının görünüşü
 
Dağdan Kürsəngi kəndinin görünüşü

Coğrafiyası və iqlimi

redaktə

Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir.

Əhalisi

redaktə

Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır.


Birinci və İkinci Qarabağ müharibəsi Şəhidləri:

Mayılov Qarabala

Atamoğlanov Əbülfət

Həmidov Əmrah

İmanov Səməndər


Görkəmli şəxslər:

  • Əlipənah Bayramov – Jurnalist, "Xalq qəzeti"-nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi".[3]
  • Zakir Bayramov – "Əməkdar müəllim".[4]

Din

redaktə

Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  2. ↑ Kürsəngi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. ↑ "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). Archived from the original on 2022-09-28. İstifadə tarixi: 2023-03-13.
  4. ↑ "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  5. ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

redaktə
  • http://www.azerbaijanphoto.com/cgi-bin/site/main2.cgi?choice=thelast;l=0;id=27352;s=3857 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine

Həmçinin bax

redaktə

Kürsəngi dağı

Kürsəngi küp qəbirləri nekropolu

Kürsəngi palçıq vulkanı

Kürsəngi yatağı

Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kürsəngi&oldid=7987268"
LOVE.AZ