Kürsəngi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Kürsəngi | |
---|---|
![]() | |
39°46′51″ şm. e. 49°07′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.
Kənd əhalisinin bir qismi Qobustan rayonunun Çelov kəndi ərazisindən 1948-1949-cu illərdə 150 təsərrüfat kəndin ərazisinə köçmüşdür. Çelov kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə Təpəli, Axundlu, Yolqırağı, Alyar və sair qışlaqları olmuşdur. Çelov kəndinin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Sonralar Çelov kəndinin camaatının bir hissəsi Kürsəngi kəndində məskunlaşmışdır. Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.[1]
Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2]
Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir.
Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır.
Birinci və İkinci Qarabağ müharibəsi Şəhidləri:
Mayılov Qarabala
Atamoğlanov Əbülfət
Həmidov Əmrah
İmanov Səməndər
Görkəmli şəxslər:
Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.[5]
Kürsəngi küp qəbirləri nekropolu
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |