. Love.az

Kusnetqazma - Wikipedia - Love.az

Ana Səhifə - Kusnetqazma

Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir.[1]

Küsnətqazma
41°16′ şm. e. 48°17′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 466 (2009) nəfər
Xəritəni göstər/gizlə
Küsnətqazma xəritədə
Küsnətqazma
Küsnətqazma

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Mədəniyyəti
  • 4 Coğrafiyası və İqlimi
  • 5 Əhalisi
  • 6 İqtisadiyyatı
  • 7 Həmçinin bax
  • 8 Xarici keçidlər
  • 9 İstinadlar

Tarixi

redaktə

Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur.

Toponimikası

redaktə

Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir. Keçmişdə Qazma Küsnət, Küsnət qazmaları, Küsnət qışlaq da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Küsnət kəndinə məxsus pay torpağında həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Küsnət (kənd adı) və qazma (ev tipi) komponentlərindən düzəlib, "Küsnət kəndinin qazmaları" mənasındadır.[2]

Mədəniyyəti

redaktə
  • Kənddə 9 illik natamam məktəb fəaliyyət göstərir. Təhsilin səviyyəsini qaldırmaq üçün ciddi işlər görməyə ehtiyac var.

Coğrafiyası və İqlimi

redaktə

Küsnət qazma, Qımıl qazma, Küsnət və Dəhnə kəndləri ilə sərhəddir. Magistral yol üzərində yerləşir. Son zamanlar bu kənddə turizmə maraq artıb, bu da kəndin turizm üçün əlverişli coğrafi məkanda yerləşməsi ilə əlaqədardır. Azərbaycanda məşhur Minarə burada yerləşir. Kənd Qımıl qazma bələdiyyəsinin tərkibinə daxildir.

Əhalisi

redaktə

Əhalisini 99%-ni ləzgilər təşkil edir. Əsasən kənd təsərrüfatı ilə məşqul olurlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 466 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

redaktə
  • Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olur.

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Küsnətqazma&oldid=7430616"
LOVE.AZ