. Love.az

Kebirli Beyleqan - Wikipedia - Love.az

Ana Səhifə - Kebirli Beyleqan
Bu adın digər istifadə formaları üçün bax: Kəbirli.

Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd.[1] 1938-ci ildə salınıbdır.

Kəbirli
39°51′07″ şm. e. 47°31′57″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Kəbirli xəritədə
Kəbirli
Kəbirli

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü.

Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir[2].

Əhalisi

redaktə

Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Xarici keçidlər

redaktə
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kəbirli_(Beyləqan)&oldid=7854165"
LOVE.AZ