. Love.az

Kelbecer Lacin Avtomobil Tuneli - Wikipedia - Love.az

Ana Səhifə - Kelbecer Lacin Avtomobil Tuneli

Kəlbəcər tuneli — Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tunel. Tunel 1960-cı ildə istifadəyə verilmişdir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilmişdir[1]. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir.

Göstəriciləri

redaktə

Əhəng daşından təşkil olunmuş qayanın daxilindən oyulmuş tunel təxmini olaraq 200 m uzunluğa malikdir[2]. Tunelin hündürlüyü 4.70 mt, eni isə 4 mt olmaqla yalnız bir avtomoibilin hərəkətinə hesablanmışdır. Tuneldə işıqlandırma həyata keçirilməmişdir. 1993-cü ilin aprel ayının 2-sindən erməni birləşmələri tərəfindən ələ keçirilmişdir. Tunelin yerləşdiyi ərazi 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələrinin Kəlbəcər rayonunu boşaldması ilə Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.[3]

Şəkillər

redaktə
  •  
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ "Tunel, Tutqun dərəsi və Bəhram kişinin nağılları". 2014-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  2. ↑ "Kəlbəcərlə FOTOSÖHBƏT". 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  3. ↑ "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kəlbəcər-Laçın_avtomobil_tuneli&oldid=6665908"
LOVE.AZ