. Love.az

Kerec - Wikipedia - Love.az

Ana Səhifə - Kerec

Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi.

Kərəc
کرج
35°49′58″ şm. e. 50°59′30″ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Sahəsi
  • 162 km²
Mərkəzin hündürlüyü 1.341 m[1]
Saat qurşağı
  • UTC+03:30
Əhalisi
Əhalisi
  • 1.592.492 nəf. (2016)[2][3]
Rəsmi dili
  • fars dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 26
Digər
karaj.ir
Xəritəni göstər/gizlə
Kərəc xəritədə
Kərəc
Kərəc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası
  • 3 Əhalisi
  • 4 Şəkillər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Coğrafiyası

redaktə

Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var. Şəhərdə gəzinti və istirahət üçün çoxlu park və xiyaban var. Kərəcdə çoxlu sayda görməli yer var, xüsusi ilə sonuncu şahın böyük bacısının sifarişi ilə 1966 ildə tikilən Mirvari saray diqqəti cəlb edir. Bundan başqa şəhərdə, indi kənd təsərrüfatı universiteti yerləşən, Süleyman sarayı diqqətə layiqdir. Şəhərin ətrafında Qaleyi-Dəşhət və Qaleyi-Fərəmərz qədim qalaları var. Burada İranın ən yaxşı dağ-xizək kurortu sayılan Dizin kurortu var. Kərəcdə ölkə əhəmiyyətli bir neçə mühüm sənaye kompleksləri var. Məsələn ölkə əhəmiyyətli enerji turbinləri istehsal edən "Şəhriyar" adına müəssisə. 2013 ilin iyununda 29 gün "Şəhriyar" zavodunun fəhləsi bəst (tətil) edib. Bu zavod enerji turbinləri üçün ehtiyat hissələri istehsal edir.

Əhalisi

redaktə

Kərəc əhalisinin 53% farslar, 30% isə Azərbaycan türkləri təşkil edir.

Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
İl Sayı
2016 1.592.492 [2][3]

Şəkillər

redaktə
  •  
    Şah Abbas Karvansarası
  •  
    Süleymaniyyə sarayı
  •  
    İmamzadə Tahir
  •  
    Abyaneh simulyasiyası
  •  
    Kərəc səddi
  •  
    Varyan
  •  
    Şimal şossesi
  •  
    Çalus yolunda payız

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ GeoNames (ing.). 2005.
  2. ↑ 1 2 https://www.citypopulation.de/Iran-MajorCities.html.
  3. ↑ 1 2 جمعیت به تفکیک تقسیمات کشوری (fars.).

Xarici keçidlər

redaktə
  • About Karaj city  (fars.)
  • Karaj, Iran, Yahoo! Travel Arxivləşdirilib 2012-06-02 at the Wayback Machine
  • The city of Karaj
  • Iran Tourism & Touring Organization
  • Karaj Magazine  (fars.)
  • Karaj Background History Arxivləşdirilib 2012-04-26 at the Wayback Machine  (fars.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kərəc&oldid=8004048"
LOVE.AZ