Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024).
Kərəm Mustafayev | |
---|---|
![]() | |
14 may 2014 – 2024 | |
Nazir | Zakir Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1962(1962-07-01) (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
![]() |
Döyüşlər | Birinci Qarabağ müharibəsi (1992–1994) |
Rütbəsi |
![]() General-polkovnik |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var.[1]
1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib.[1]
1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.[1]
8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub.[1]
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Kərəm Mustafayevə 25 may 1998-ci ildə general-mayor[2], 19 yanvar 2002-ci ildə general-leytenant[3], 25 iyun 2020-ci ildə isə general-polkovnik[4] ali hərbi rütbələri verilib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin: