. Love.az

Kerim Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Kerim Abdullayev

Kərim Abdullayev (azərb. Kərim Kərbalayı Yəhya oğlu Abdullayev ‎; 1898, Bülbülə, Bakı qəzası – 1937) — Azərbaycan Respublikası Ali Sovetinin sədri

Kərim Abdullayev
Axalsıx Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1933 – 1934
Zaqafqaziya yol məqliyyatı komissarının müavini
1931 – 1933
Azərbaycan SSR ədliyyə komissarının müavini
Azərbaycan SSR Ali Sovetinin sədri
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri
  • Bülbülə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1937
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti siyasətçi

Haqqında

redaktə

Kərim Abdullayev Bülbülədə anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1920–ci ildən başlayaraq xalq maarifi sahəsində yüksək vəzifələrdə çalışmışdır. 1923-1926-cı illərdə xalq hakimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1928-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri seçilmişdir. Sonralar Azərbaycan SSR xalq ədliyyə komissarının müavini, Respublika Prokuroru işləmişdir.

1931-ci ildə Zaqafqaziya yol nəqliyyatı komissarının müavini təyin edilmişdir. 1933-1934-cü illərdə Axalsıx Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmisdir. 1937-ci il martın 1-də həbs edilmiş və oktyabrın 11-də güllələnmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ "Suraxanı rayonunun tanınmış şəxsiyyətlərinin siyahısı". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kərim_Abdullayev&oldid=6907458"
LOVE.AZ