. Love.az

Kerim Mesimov - Wikipedia - Love.az

Ana Səhifə - Kerim Mesimov

Kərim Məsimov[1] (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri[2].

Kərim Məsimov
qaz. Кәрім Қажымқанұлы Мәсімов
Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri
8 sentyabr 2016 – 5 yanvar 2022
Qazaxıstan Respublikasının Baş naziri — [[Qazaxıstan baş nazirlərinin siyahısı|]]
2 aprel 2014 – 8 sentyabr 2016
ƏvvəlkiSerik Ahmetov
SonrakıBakıtjan Sağıntayev
Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
24 sentyabr 2012 – 2 aprel 2014
ƏvvəlkiAslan Musin[d]
SonrakıNurlan Niqmatulin
Qazaxıstan Respublikasının dövlət katibi
21 yanvar – 2 aprel 2014
ƏvvəlkiMarat Tajin[d]
SonrakıAdilbek Jaksıbekov[d]
Qazaxıstan Respublikası Baş nazirinin müavini
18 yanvar 2006 – 10 yanvar 2007
27 noyabr 2001 – iyun 2003
Qazaxıstan Respublikasının milli iqtisadiyyat naziri
20 aprel – 13 oktyabr 2006
SonrakıAslan Musin[d]
Qazaxıstan Respublikasının nəqliyyat və kommunikasiya naziri
7 avqust 2000 – 27 noyabr 2001
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1965(1965-06-15) (59 yaş)
Doğum yeri
  • Selinoqrad, Qazaxıstan SSR, SSRİ
Partiya
  • Nur Otan[d]
Təhsili
  • Rusiya Xalqlar Dostluğu Universiteti,
  • Narxoz (universitet),
  • Uhan Universiteti,
  • Kolumbiya Universiteti
Fəaliyyəti siyasətçi, iqtisadçı
Dini Əhlis-Sünnə
Rütbəsi general-mayor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru
Təltifləri "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" medalı "Xalqlar dostluğu" ordeni (Belarus) — 2015 "Nazarbayev" ordeni (Qazaxıstan) Order of the Leopard (Qazaxıstan) "Kurmet" ordeni (Qazaxıstan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı[3].

Bioqrafiyası

redaktə

15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini[4], direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi[5]. Anası — Eleonora Kərimovna Əjibekova[6].

Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru. Uyğur, qazax, rus, ingilis, çin və ərəb dillərini bilir.

Kərim Məsimov aktiv şəkildə idmanı sevir: dağ və dağ xizəyi, qayaya dırmaşmaq[7], alpinizm və golf. İdman federasiyalarının fəxri üzvü kimi cənab Məsimov beynəlxalq arenada olduğu kimi Qazaxıstanda da Tay boksunun və ya Muay Thai idman növünün inkişafını dəstəkləyir.

Qazaxıstan Respublikası Tay Boks Federasiyasının prezidenti, Dünya Muay Thai Assosiasiyasının (WMC) vitse-prezidenti, Asiya Muay Thai Federasiyasının (FAMA) prezidenti,[8], Beynəlxalq Muay Thai Federasiyasının (IFMA) vitse-prezidenti,[9], Qazaxıstan Milli Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının sədri.[10]

Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru. Uyğur, qazax, rus, ingilis, çin və ərəb dillərini bilir.

Kərim Məsimov aktiv şəkildə idmanı sevir: dağ və xizək sürmə, qayaya dırmaşma, alpinizm və golf. İdman federasiyalarının fəxri üzvü kimi cənab Məsimov beynəlxalq arenada olduğu kimi Qazaxıstanda da Tay boksunun və ya Muay Thai idman növünün inkişafını dəstəkləyir.

İstinadlar

redaktə
  1. ↑ "Масимов Карим Кажимканович (ПЕРСОНАЛЬНАЯ СПРАВКА)". 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  2. ↑ "Карим Масимов назначен главой КНБ". 2016-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  3. ↑ Презик РК. "Очередное присвоение спецзвания". Akorda.kz (Русский). 06.05.2020. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  4. ↑ "Семья Карима Масимова". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  5. ↑ "Скончался Кажимкан Масимов". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  6. ↑ "Мама премьера Казахстана К. Масимова до сих пор работает экскурсоводом в Железнодорожном музее". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  7. ↑ "Prime Minister of Kazakhstan Karim Massimov's new hobby — YouTube". 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  8. ↑ "Prime Minister of Kazakhstan re-elected as Asian President: FAMA Meets in Saint Petersburg". 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  9. ↑ "HE Karim Massimov". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  10. ↑ "Архивированная копия". 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.

Xarici keçidlər

redaktə
  • Официальный сайт премьер-министра Казахстана
  • Биография премьер-министра РК
  • Масимов, Карим  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kərim_Məsimov&oldid=6909145"
LOVE.AZ