Kərimarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[3][4][5]
kənd | |
Kərimarx | |
---|---|
40°06′48″ şm. e. 44°03′19″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 855 m[1] |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir.
Toponim Kərim şəxs adı ilə arx sözünün əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur.
Kənddə 1831-ci ildə 311 nəfər, 1873-cü ildə 1215 nəfər, 1886-cı ildə 1357 nəfər, 1897-ci ildə 1474 nəfər, 1904-cü ildə 1700 nəfər, 1914-cü ildə 1802 nəfər[6], 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1919-cu ildə 1840 nəfər[7] yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonunda azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur[8]. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 239 nəfər, 1926-cı ildə 303 nəfər, 1931-ci ildə 268 nəfər azərbaycanlı yaşamışdır[6]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.