. Love.az

Kamil Selimov - Wikipedia - Love.az

Ana Səhifə - Kamil Selimov

Kamil Səlimov (d. 12 aprel 1956. Bakı, Azərbaycan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992), hüquq elmləri doktoru (2000), professor[1].

Kamil Səlimov
Doğum tarixi 12 aprel 1956 (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ → Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi hüquq
Elmi dərəcəsi Hüquq elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Seçilmiş əsərləri
  • 4 Kitabları
  • 5 Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
  • 6 Dövlət və beynəlxalq proqram və qrantlarda iştirakı
  • 7 Xarici keçidlər
  • 8 İstinadlar

Həyatı

redaktə

Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.[2]

1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir.

Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb.

O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti

redaktə

1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.

101 məqalə, 2 monoqrafiya, 4 kitab və 1 patent müəllifidir. Yetişdirdiyi elmlər namizədlərinin sayı 3-dür.

1989-cu ildə SSRİ dövründə terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemlərin tədqiqatı ilə məşğul olub.

“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın “Hüquq və Siyasi elmlər” üzrə redaksiya heyətinin üzvüdür.[3]

Seçilmiş əsərləri

redaktə
  1. Axtarış-əməliyyat fəaliyyətinin əsasları (dərs vəsaiti, 2008)
  2. Penitensiar xidmətin istehsal sahəsi (cari müddəalar və islahatlar) (monoqrafiya, 2008)
  3. Axtarış-əməliyyat sistemində psixoloji məlumatın tətbiqinin bəzi xüsusiyyətləri (Dərslik, 2008)
  4. Sifarişli qətllərin araşdırılmasında kriminalistik metodun əsasları (dərslik, 2004)
  5. Cinayət prosesi və kriminalistika (kitab, 2006)
  6. ABŞ-nin mühakimə üsulu sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri (dərs vəsaiti, 2006)

Kitabları

redaktə
  1. Müasir terrorizm problemləri (monoqrafiya)
  2. Cinayət prosesi və kriminalistika
  3. ABŞ-nin mühakimə üsulu sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri
  4. Axtarış-əməliyyat fəaliyyətinin əsasları
  5. Penitensiar xidmətin istehsal sahəsi (cari müddəalar və islahatlar) (monoqrafiya, 2008)
  6. Axtarış-əməliyyat sistemində psixoloji məlumatın tətbiqinin bəzi xüsusiyyətləri (Dərslik, 2008)

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

redaktə
  1. "Problemlər və Dağlıq Qarabağ konfliktinin mümkün həlli yolları" mövzusunda simpoziumda iştirakçı. Məruzənin adı: "Dağlıq Qarabağ və məhkumlar" Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 25 May, 2004;
  2. "Avropada qloballaşma prosesi". iştirakçı, Beynəlxalq Təhsil İnstitutu - Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi. Bakı şəhəri, Beynəlxalq Mətbuat Mərkəzi, 31 May, 2004;
  3. Məhkum edilmiş şəxslərin hüquqları sahəsində hüquqi islahatlarla bağlı müasir məsələlər, iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 25 Noyabr– 3 Dekabr, 2004;
  4. "Bakı Payız Debatları- Azərbaycan Cəmiyyətində İslam" iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 3 Noyabr, 2004;
  5. Azərbaycan və NATO qüvvələri arasında əməkdaşlıq, iştirakçı və məruzəçi, Məruzə adı: "NATO, Azərbaycan. Dağlıq Qarabağ bölgəsində anti-terrorizm əməkdaşlığı strategiyası", Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 9 Sentyabr, 2004 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası;
  6. "Bakı Payız Debatları- Beynəlxalq siyasət və milli təhlükəsizlik konsepsiyası" iştirakçı 29 Sentyabr, 2004 Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi;
  7. "Kütləvi informasiya vasitələri və siyasət" mözvusunda beynəlxalq seminar iştirakçı, Conrad Adenauer Fondu, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 1 Oktyabr, 2004;
  8. Bakı Payız Debatları-Neft sektoru və Azərbaycan cəmiyyəti, iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 6 Oktyabr, 2004;
  9. "Azərbaycanın və Avropa Şurasının öhdəlikləri: siyasi məhbus problemləri və penitensiar sistemin dəyişdirilməsi" iştirakçı Bakı şəhəri ISR Plaza 13 Oktyabr, 2004;
  10. "Bakı Payız Debatları – Azərbaycanda İnsan Hüquqları" iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 13 Oktyabr, 2004;
  11. "Bakı Payız Debatları–Dağlıq Qarabağ konflikti. Həll perspektivləri" iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 20 Oktyabr, 2004;
  12. "Cənubi Qafqaz regionu və Avropa Birliyi" iştirakçı Gürcüstanın Tiflis şəhəri 30-31 Oktyabr, 2004;
  13. "Qloballaşmada bələdiyyələrin və yerli hakimiyyət nümayəndələrinin rolu və QHT administrasiyası. Azərbaycanda alman təcrübəsi" mövzusunda seminar-treyninq, Conrad Adenauer Fondu, iştirakçı Bakı şəhəri 25-26 Oktyabr, 2004;
  14. "Yenidənqurma və bərpa işlərində şəxsi hüquqların pozulması" iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 27 Yanvar, 2005;
  15. Həbsxanaların və cəzaçəkmə müəssisələrinin monitorinqinin metodologiyası. Prison Reform International.iştirakçı, Bakkuriani, Gürcüstan, 13-17 Fevral, 2005;
  16. Azərbaycanda siyasi məhbus problemləri. Effektli ictimai nəzarət mexanizminin inkişafı mözvusunda beynəlxalq konfrans, təşkilatçı. Bakı şəhəri 10-11 iyun, 2005.
  17. "Avro-Atlantik Məkana İnteqrasiya sahəsində dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu" mözvusunda konfrans, NATO və Avrasiya Hüquqşünaslar Assosiyasiyası, moderator, "Antiterror və Konfliktlərin həllində NATO-nun rolu". Bakı şəhəri Park İnn oteli, 5 noyabr 2007-ci il.
  18. Regional konfrans, Penal Reform İnternational və ATƏT, iştirakçı Gürcüstanın Tiflis şəhəri, 12 dekabr 2008-ci il.

Dövlət və beynəlxalq proqram və qrantlarda iştirakı

redaktə

1. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Space” radioteleviziya şirkəti. «Məhkumun səsi» layihəsi.

2. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı. «Yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin praktikada tətbiqinin monitorinqi» layihəsi.

3. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və ABŞ Səfirliyi. “Azadlıqdan məhrumetmə yerlərinin və istintaq təcridxanalarının monitorinqi” layihəsi.

4. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Açıq Cəmiyyət İnstitutu. “Məhkum və Cəmiyyət” qəzetinin nəşri layihəsi.

5. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İstimai Birliyi və ATƏT-in Bakı Ofisi. «Tərbiyə koloniyasında tərbiyə alan yetkinlik yaşına çatmayan məhkumlar üçün «Kompüter Biliklərinin Tədrisi Mərkəzi» adlı layihə.

6. 2007 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi Azərbaycan respublikasi İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu “Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsal sahələrinin işinin yeni şəraitə uyğunlaşdırılması” tədqiqat layihəsi

7. 2008 – Penal Reform İnternational və «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi. “Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərinin saxlanılma vəziyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması” layihəsi [4]

Xarici keçidlər

redaktə
  • BAKI DÖVLƏT UNİVERSİTETİNİN KRİMİNALİSTİKA KAFEDRASININ MÜDİRİ,HÜQUQ ELMLƏRİ DOKTORU KAMİL SƏLİMOV İLƏ MÜSAHİBƏ

İstinadlar

redaktə
  1. ↑ "Kamil Səlimov: "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına əməl etmək lazımdır"". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  2. ↑ "Kamil Səlimov". 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  3. ↑ ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  4. ↑ "BDU-nun Hüquq fakültəsi". 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamil_Səlimov&oldid=7025765"
LOVE.AZ