. Love.az

Kamran Abdullazade - Wikipedia - Love.az

Ana Səhifə - Kamran Abdullazade

Kamran Nazim oğlu Abdullazadə (20 mart 1995[1], Lənkəran) – yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu. "Xəzər Lənkəran", "Sumqayıt", "Kəpəz" klublarında çıxış etmişdir. Karyerasını Region Liqasında davam etdirir.

Kamran Abdullazadə
Ümumi məlumatlar
Doğum tarixi 20 mart 1995(1995-03-20)[1] (30 yaş)
Doğum yeri
  • Lənkəran, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
2011—2013 Azərbaycan Xəzər Lənkəran 5 (0)
2013 Azərbaycan MOİK 0 (0)
2016—2017 Azərbaycan Sumqayıt 10 (0)
2017—2018 Azərbaycan Kəpəz 10 (0)
Milli yığma[* 2]
2009 Azərbaycan Azərbaycan U-15 ? (0)
2010 Azərbaycan Azərbaycan U-16 ? (0)
2011 Azərbaycan Azərbaycan U-17 3 (0)
2013 Azərbaycan Azərbaycan U-19 1 (0)
2017 Azərbaycan Azərbaycan U-23 ? (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

  • 1 Həyatı
  • 2 Klub karyerası
    • 2.1 Çempionat
    • 2.2 Kubok
    • 2.3 Milli komanda
  • 3 Uğurları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Kamran Abdullazadə futbol oynamağa "Xəzər Lənkəran" klubunun aşağı yaş qruplarında Bəxtiyar Mirseyidovun məşqçiliyi altında başlamışdır. Burada 4 il boyunca çıxış etmişdir. 2009-cu ildə "Xəzər Lənkəran" klubunun gənclər komandasına cəlb olunmuşdur. Burada məşqçisi Namiq Qarayev olmuşdur.

Klub karyerası

redaktə

Çempionat

redaktə

Kamran Abdullazadə 2011-ci ildə Azərbaycan çempionatında çıxış edən "Xəzər Lənkəran" klubunun əsas heyətində oynamağa başlamışdır. 2013-cü ilin oktyabrında hərbi xidmətə çağırılmış və Azərbaycanın ordu klubu olan MOİK-ə cəlb olunmuşdur. Lakin 2013-cü ilin dekabrında iki klub arasında razılaşma əldə olunmuş və futbolçu "Xəzər Lənkəran" klubuna qayıtmışdır.[2][3] Doğma klubuna qayıtdıqdan sonra klubun türkiyəli yeni baş məşqçisi Mustafa Dənizli tərəfindən komandanın əsas heyət üzvünə çevrilmişdir.[4] 2012/13 mövsümündə "Xəzər Lənkəran" klubunun tərkibində UEFA Avropa Liqası yarışlarında iştirak etmişdir.[5]

"Xəzər Lənkəran" klubundan ayrıldıqdan sonra 2016-cı ildə "Sumqayıt" klubuna,[6] 2017-ci ildə "Kəpəz" klubuna transfer olmuşdur. Daha sonra karyerasına Region Liqasında çıxış edən klublarda davam etdirməyə başlamışdır. 2020-ci ildə "Ağsu Siti",[7] 2022-ci ildə "Xan Lənkəran" klubuna keçmişdir.[8]

Kubok

redaktə

Abdullazadə 2013-cü ildə baş tutmuş Azərbaycan Superkuboku oyununda "Neftçi" klubuna qarşı oynamışdır.[9]

№ Tarix Turnir Klub Rəqib Hesab
1 23 oktyabr 2013 Azərbaycan Superkuboku (2013) "Xəzər Lənkəran" "Neftçi" 2:1[10]

Milli komanda

redaktə

Kamran Abdullazadə Azərbaycan millisinin U-15, U-16, U-17 və U-19 futbol komandalarında çıxış etmişdir. U-17 milli komandasında 25 oktyabr 2011-ci ildə Avropa çempionatı çərçivəsində Xorvatiyaya qarşı oyunda debüt etmişdir. Oyun Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır.[11] U-19 komandasında isə 12 oktyabr 2013-cü ildə Avropa çempionatı çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirilmiş oyunda debüt etmişdir. Oyun 0:0 hesabı ilə başa çatmışdır.[12]

2017-ci ildə U-23 komandasının heyətinə dəvət almış və Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının futbol turnirində iştirak etmişdir.[13]

Uğurları

redaktə
"Xəzər Lənkəran"
  • Azərbaycan çempionatı: ikincilik (2011, 2012)
  • Azərbaycan Kuboku: qalib (2011)
  • Azərbaycan Superkuboku: qalib (2013).

İstinadlar

redaktə
  1. ↑ 1 2 Kamran Abdullazada // Transfermarkt (çd.). 2000.
  2. ↑ "«Xəzər Lənkəran» iki futbolçu icarəyə götürüb". Publika.az (az.). 10 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  3. ↑ "Premyer Liqada qış bazarlığı". Xəzər Xəbər (az.). 10 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  4. ↑ "Mustafa Dənizli göstəriş verdi, «Xəzər Lənkəran» 2 futbolçu icarəyə götürdü". İdman Xəbər (az.). 10 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  5. ↑ "Avropa Liqası: "Xəzər Lənkəran"ın UEFA-ya təqdim etdiyi ilk siyahı". AzNews (az.). 22 iyun 2013. 10 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  6. ↑ "Abdullazadə "Sumqayıt"da". Sportnet (az.). 15 iyun 2016. İstifadə tarixi: 4 avqust 2023.[ölü keçid]
  7. ↑ "Kamran Abdullazadə Region Liqasında". Sportfm (az.). 3 fevral 2020. İstifadə tarixi: 4 avqust 2023.
  8. ↑ ""Xan Lənkəran" daha iki "Xəzər Lənkəran"lını geri qaytardı". Rekord.az (az.). 16 yanvar 2022. İstifadə tarixi: 4 avqust 2023.
  9. ↑ "«Xəzər Lənkəran» Azərbaycan Superkubokunun qalibi oldu". Lənkəran FC (az.). 29 may 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  10. ↑ "Khazar Lankaran vs. Neftçi 2:1". Soccerway (az.). 19 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  11. ↑ "Croatia U17 vs. Azerbaijan U17". Soccerway (ingiliscə). 7 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  12. ↑ "Azerbaijan U19 vs. Bosnia-Herzegovina U19 0:0" (ingiliscə). 6 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  13. ↑ "U-23 millimiz IV İslam Həmrəyliyi Oyunlarına Bakıda hazırlaşacaq". Etik Xəbər (az.). 4 mart 2017. İstifadə tarixi: 4 avqust 2023.

Xarici keçidlər

redaktə
  • Peşəkar Futbol Liqasının saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamran_Abdullazadə&oldid=7568772"
LOVE.AZ