. Love.az

Kanev Tebiet Qorugu - Wikipedia - Love.az

Ana Səhifə - Kanev Tebiet Qorugu

Kanev təbiət qoruğu (ukr. Канівський природний заповідник) — Ukraynada Dnepr çayının sağ sahilinin bir hissəsini və çayda yerləşən iki kiçik adanı əhatə edən təbiət qoruğu. Qorunan təbiət ərazisi Ukraynanın mərkəzində, Dnepr yüksəkliyinin şimal-şərq yamacları boyunca uzanır. Qoruq qiymətli meşə çöl və daşqın yaşayış mühitini qorumaq üçün yaradılmışdır. Ərazi Paleolit dövrünə qədərki mədəniyyətlərin qalıqlarının bolluğu ilə tanınır.[1] Qoruq Kiyevin Taras Şevçenko adına Milli Universitetinin bir hissəsidir və Çerkassi vilayətində yerləşir.[1]

Kanev təbiət qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi
  • 8.634,88 ha
Yaradılma tarixi 30 iyul 1923
Yerləşməsi
49°43′24″ şm. e. 31°31′30″ ş. u.HGYO
Ölkə
  •  Ukrayna
kanivbiosfera.at.ua
Kanev təbiət qoruğu xəritədə
Kanev təbiət qoruğu
Kanev təbiət qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kanev təbiət qoruğu

Mündəricat

  • 1 Tarixi
  • 2 Flora və fauna
  • 3 İqlim
  • 4 İstinadlar
  • 5 Mənbə

Tarixi

redaktə

Qoruq Ukrayna SSR Kənd Təsərrüfatı Xalq Komissarlığının 1923-cü il 30 iyul tarixli qərarı ilə yaradılmışdır. Ukrayna SSR Nazirlər Sovetinin 1986-cı il 22 dekabr tarixli, 717-nömrəli fərmanı ilə qoruq ərazisi 2 027 hektara qədər artırılmışdır.

Flora və fauna

redaktə

Qoruğun 85%-i meşə sahəsidir və ən çox yayılmış ağaclar qarağac və palıddır. Ərazidə cüyür və dələ də daxil olmaqla əsasən meşə çölünə xas olan heyvanlar mövcuddur. Qoruqda 233 quş növü qeydə alınmışdır.[2]

İqlim

redaktə

Ərazinin iqlimi böyük illik amplituda və isti yay ilə xarakterizə olunur. (ən azı dörd ay ortalama 10 °C (50 °F)-dən yuxarı) Lakin heç bir ayda ortalama temperatur 22 °C (72 °F)-dən yuxarı qalxmır.[3][4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Kaniv Nature Reserve" (ukrayna). Official Reserve Website. 2013-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  2. ↑ "Kaniv State Nature Reserve" (ukrayna). Encyclopedia of Ukraine. 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  3. ↑ Kottek, M., J. Grieser, C. Beck, B. Rudolf, and F. Rubel, 2006. "World Map of Koppen-Geiger Climate Classification Updated" (PDF) (ingilis). Gebrüder Borntraeger 2006. 2010-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 sentyabr 2019.
  4. ↑ "Dataset - Koppen climate classifications" (ingilis). World Bank. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2019.

Mənbə

redaktə
  • Каневский природный заповедник ННЦ "Институт Биологии" — официальная страница
  • Информация на сайте Украина Инкогнита
  • [1]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kanev_təbiət_qoruğu&oldid=7172035"
LOVE.AZ