Karin-Pəhləvilər (pəhl. Kārēn-Pahlaw) və ya Karin sülaləsi (pəhl. Kārēn; parf 𐭊𐭓𐭍𐭉, Karen; fars. کارن, Karin) — Parfiya və Sasani imperiyalarının hakimiyyəti dövründə İranın Yeddi Böyük Evindən biri. Sülalənin iqamətgahı Ekbatandan (indiki Həmədan, İran) təxminən 65 km cənubda yerləşən Nəhavənddə idi. Karin-Pəhləvilərin üzvləri Sasani imperiyasının dörd əsrlik tarixinin müxtəlif dövrlərində onun inzibati strukturunda diqqətəlayiq rütbələrə malik idilər.
Karin-Pəhləvilər Karinvənd sülaləsi də adlanmışdır. Onlar özlərinin folklor fiquru və eyni dərəcədə mifik Dəmirçi Kavenin oğlu Karindən törədiyini iddia etmişdilər. Onların tarixi mənşəyi ola bilər ki, Arsakların nəslindəndirlər.[1]