. Love.az

Kenquru Beynelxalq Riyaziyyat Musabiqesi - Wikipedia - Love.az

Ana Səhifə - Kenquru Beynelxalq Riyaziyyat Musabiqesi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi[1] (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə[1].

Mündəricat

  • 1 Tarixi
  • 2 Məqsəd
  • 3 İştirakçıları
  • 4 Təşkilatçılar
  • 5 Format
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Tarixi

redaktə

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir[1].

Məqsəd

redaktə

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir[1].

Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir[2]. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın[2].

Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir[1].

İştirakçıları

redaktə

Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8

sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.

2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir[1].

1-ci yer :

-Məhəmməd Fətullayev Rafis Oğlu

-Maksimal bal=120

-Topladığı bal=30

Təşkilatçılar

redaktə

Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar[1].

Azərbaycanda ilk dəfə keçirilməsi 18 mart 2018-ci ildə pilot layihə kimi nəzərdə tutulan bu müsabiqə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransada olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir[1].

Format

redaktə

Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər[1]. Qaydalara əsasən tapşırıqlar 2, 3–4, 5–6, 7–8, 9–10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə — asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir[1].

Müsabiqədə verilən suallar məntiq əsaslıdır[2].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək (arxiv linki). arti.edu.az, 05.03.2018  (az.)
  2. ↑ 1 2 3 Azərbaycanda Kenquru olimpiadası: İlk dəfə, özü də 5 manata… Arxivləşdirilib 2018-10-25 at the Wayback Machine virtualaz.org, 14.03.2018  (az.)

Xarici keçidlər

redaktə
  • mathkang.org — rəsmi saytı
  • Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kenquru_Beynəlxalq_Riyaziyyat_Müsabiqəsi&oldid=7581382"
LOVE.AZ