. Love.az

Kergelen Kelemi - Wikipedia - Love.az

Ana Səhifə - Kergelen Kelemi

Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki.

Kergelen kələmi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Kələmçiçəklilər
Fəsilə:
Kələmkimilər
Cins:
Pringlea
???:
Kergelen kələmi
Beynəlxalq elmi adı
  • Pringlea antiscorbutica Hook.f., 1845[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  203624
EOL  5159767

Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır.

Bu kələm növü sərt və güclü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində.

Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vasitə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.

"Pringlea" adı ona Şotlandiyalı həkim-fizioloq Con Prinqlın şərəfinə verilib.

İlk ətraflı məlumatı XIX əsrin əvvəllərində ingilis Cozef Dalton Huker verir.

Kələmin yayıldığı arealda uçan həşəratlar olmadığından bitki öz-özünə tozlanır.

İnsan tərəfindən adalara gətirilən dovşanın əsas qidasını təşkil edir.

Qalereya

redaktə
  •  
    Kergelen kələmi
  •  
    Cavan bitkilər
  •  
    Köhnə bitkilər

İstinadlar

redaktə
  1. ↑ Australian Plant Name Index (ing.).
  • "Kergelen kələmi". 2012-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-23.
  • Subantarktik kələm növləri Arxivləşdirilib 2007-06-08 at the Wayback Machine
  • Markalar üzərində olan Kergelen kələminin şəkilləri
  • Kergelen kələmi: GRIN saytında informasiya
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kergelen_kələmi&oldid=8053339"
LOVE.AZ