Ryu Min Sok (kor. 류민석; 14 oktyabr 2002) və ya daha çox tanınan adı ilə Keria (kor. 케리아) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur.[1][2][3][4] Aqressiv stilinə[5] və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır.
Keria | |
---|---|
케리아 | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (22 yaş) Cənubi Koreya |
Ölkə | ![]() |
Karyera məlumatı | |
Status | aktiv |
Oyunlar | League of Legends |
Rol | dəstək |
Karyera keçmişi | |
2018–2020 | DRX |
2020–hazırda | T1 |
Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur.
Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.[6]
2022-ci ilin yaz splitində LCK çempionu olmuş və ən dəyərli oyunçu seçilmişdir. Beləliklə, LCK-də ən dəyərli oyunçu mükafatını qazanan ilk dəstək oyunçusu olmuşdur.[7] Keria 462 asistə imza ataraq bir splitdə ən çox asist edən LCK oyunçusu rekordunu ələ keçirmişdir.[8] 2022-ci ildə keçirilən Dünya çempionatında finala çıxmış, lakin keçmiş komandası olan "DRX"-ə 2–3 hesabı ilə uduzaraq dünya çempionu ola bilməmişdir.[9] O, 2023 mövsümünün yay splitində ikinci dəfə ən dəyərli oyunçusu mükafatını qazanmaqla yanaşı splitin oyunçusu seçilmişdir.[10]
Keria LCK-də Kalista, Varus və Keytlin dəstək oynayan ilk oyunçudur.[11]
Keria 2022 Asiya Oyunlarında baş tutmuş kiberidman oyunlarında Cənubi Koreya milli kiberidman komandasının "League of Legends" heyətinə seçilmişdir.[12] Milli komandası finalda Çin Taypeyinə gələrək qızıl medalın sahibi olmuşdur.[13] Keria qızıl medal qazandığı üçün hərbi xidmətdən azad edilmişdir.[14]