. Love.az

Kicik Emili - Wikipedia - Love.az

Ana Səhifə - Kicik Emili
Bu adın digər istifadə formaları üçün bax: Əmili.

Kiçik Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Kiçik Əmili kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kiçik Əmili kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Kiçik Əmili
40°50′59″ şm. e. 47°46′52″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 372 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Kiçik Əmili xəritədə
Kiçik Əmili
Kiçik Əmili

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 İqtisadiyyatı
  • 4 Əhalisi
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Oykonim özündə qədim türkdilli oğuzların İmi (Eymi, Eymir, Eymür) tayfasının adını əks etdirir və rayonun ərazisindəki Böyük Əmili kənd adının qarşılığıdır.[2]

Coğrafiyası və iqlimi

redaktə

Kənd rayon mərkəzindən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündə yerləşir.[3]

İqtisadiyyatı

redaktə

Kənd əhalisi heyvandarlıqla məşğuldur. Tərəvəz sahələri, taxıl zəmiləri də əkilir.[3] Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.[3]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 669 nəfər əhali yaşayır.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. ↑ Kiçik Əmili // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. ↑ 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kiçik_Əmili&oldid=8143510"
LOVE.AZ