. Love.az

Kicik Mezre - Wikipedia - Love.az

Ana Səhifə - Kicik Mezre

Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[2]

Kiçik Məzrə
40°15′29″ şm. e. 45°43′21″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.930 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 626 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Kiçik Məzrə xəritədə
Kiçik Məzrə
Kiçik Məzrə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
    • 2.1 Tanınmışları
  • 3 İstinadlar

Tarixi

redaktə

Bala Məzrə rayon mərkəzindən 9km şimalda, Məzrə çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Məzrə`ə formasında[3], Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi[4] qeyd edilmişdir.

Kəndin əfazisində X–XII əsrlərə aid alban kilsəsi, IV–VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən məzrə (məzru) sözü əsasında[5] formalaşmışdır. "Bala" fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.

Əhalisi

redaktə

Kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912[7], 1987-ci ildə 2000 nəfər[8] azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

1988-ci ildə azərbaycanlıların məcburən Ermənistandan köçürülməsi zamanı qətlə yetirilən kənd sakinləri:

  • Nəsibov Qurban Bəxtiyar oğlu (1926)
  • Nigar Cibi qızı (1944)
  • Sadıqov Qurban Həsən oğlu (1945)
  • Musayev Şamo Qaraca oğlu (1928)

Tanınmışları

redaktə
  • Məlahət Həsənova — millət vəkili.
  • Hüseyn Cahangirov — polkovnik-leytenant.
  • Aydın Rəsulov — fizika -riyaziyyat elmləri namizədi, dosent
  • Akif Rəsulov — əməkdar müəllim, məktəb direktoru
  • Məcnun Göyçəli — şair.
  • Füzuli Sabiroğlu — rejissor.
  • Nizami Novruzov — fəlsəfə doktoru, Bakı məktəblərində direktor.
  • Rasim Musayev — polis general-mayoru, Daxili Təhqiqatlar İdarəsinin rəisi.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.62
  4. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.164
  5. ↑ Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.343
  6. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
  7. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.27, 113
  8. ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.290
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kiçik_Məzrə&oldid=8125897"
LOVE.AZ