1924-cü ildə kinematoqrafın maddi bazasını möhkəmləndirmək məqsədilə Dağ-Mədən Fəhlələri Şurası və Dövlət Kinofabrikası "Kino-Qornyak" birgə müəssisəsini yaratdı[1]. Sənədli filmlərlə yanaşı "Kino-Mədənçi" AFKİ ilə birlikdə 2 bədii film də istehsal etdi: "Mədənçi-Neftçi İstirahətdə və Müalicədə" (1924), "Əvəz-əvəzə" (1925). Kino-Mədənçi sərbəst şəkildə 3 il fəaliyyət göstərir və 1927-ci ildə Dövlət Kinofabrikinin tərkibinə qatılır.