. Love.az

Kobe Reqata Ve Atletika Klubu - Wikipedia - Love.az

Ana Səhifə - Kobe Reqata Ve Atletika Klubu

Kobe Reqata və Atletika Klubu (ing. Kobe Regatta & Athletic Club, qısaca KR & AC) – Yaponiyanın ən qədim idman klubu. 1870-ci ildə Aleksandr Kameron Sim tərəfindən yaradılmışdır.

Kobe Reqata və Atletika Klubu
Klubun loqosu.
Yaranma tarixi23 sentyabr 1870
ŞəhərKobe, Yaponiya Yaponiya

Mündəricat

  • 1 Tarixi
    • 1.1 İlk illər
    • 1.2 İkinci Dünya müharibəsi
    • 1.3 Müharibədən sonra
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Tarixi

redaktə

İlk illər

redaktə

"Kobe Reqata və Atletika Klubu" 23 sentyabr 1870-ci ildə Kobedə yaşayan əcnəbi icmasının üzvü olan atlet və avarçəkən Aleksandr Kameron Sim tərəfindən yaradılmışdır. Klub yaradıldıqdan sonra 6 ay içərisində Kobenin cənub sahilində yerləşən yeni binaya və gimnaziyaya köçmüşdür. 24 dekabr 1870-ci ildə klub tərəfindən Kansay regionundakı ilk reqata keçirilmişdir.[1]

1871-ci ildə baş tutan ilk limanlararası idman yarışında "Cənub limanı" Kobe ilə "Şimal limanı" Yokohama qarşılaşmışdırlar. 1875-ci ildə əcnəbi icması üçün İstirahət meydançası yaradılmış, 1877-ci ilin mayında burada ilk idman yarışları keçirilmişdir. 1878-ci ildə burada klubun yeni gimnazisiyası tikilmişdir. 1880-ci ildə baş verən tayfun klubun qayıq evini və gimnazisiyasını məhv etmişdir.[1]

"Kobe Reqata və Atletika Klubu" Yaponiyanı futbol, beysbol, reqbi, tenis, avarçəkmə kimi idman növləri ilə tanış etmişdir. Klub Yaponiyanı ziyarət edən gəmilərin heyətlərinə qarşı oyunlar təşkil etmişdir. 18 fevral 1888-ci ildə Yaponiyada baş tutan ilk rəsmi futbol qarşılaşmasında "Kobe Reqata və Atletika Klubu" qalib gəlmişdir. Klubun Mirumedə yerləşən üzgüçülük hovuzu Yaponiyada su polusunun idmanının ilkin inkişafında rol oynamışdır. 1899-cu ildə Kobedə yerləşən əcnəbi yaşayış məntəqəsi ləğv olunmuş və klub Yaponiyanın himayəsinə daxil olmuşdur. 1900-cü ildə klub Mirumeyə köçmüşdür. 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsi zamanı klub öz qurğularını zərərçəkənlər üçün sığınacaq kimi açmışdır.[1]

İkinci Dünya müharibəsi

redaktə
 
Klubun bazası.

Klub 1930-cu illərdə iki tenis meydançası ölçüsündə olan üzgüçülük hovuzu tikdirmişdir. Lakin 1939-cu ildə klub Mirume əmlaklarını müharibə üçün silah istehsal edən "Kobe Steel Works" şirkətinə satmağa məcbur edilmişdir. Fukaedə yeni meydançalar alınmış və 1940-cı ilin yayında klubun yeni binaları tikilmişdir. Lakin 1941-ci ildə klub yenə öz əmlaklarını yaxınlıqda yerləşən təyyarə zavoduna satmağa məcbur edilmişdir. Müharibə başlayanda klubun gimnaziyada və klub evindən başqa heç bir mülkü yox idi. Klub 1941-ci ilin sonunda polis tərəfindən bağlanmış, iki həftə sonra ciddi nəzarət altında yenidən açılmışdır.[1]

1944-cü ilin yanvarında Yaponiya ordusu klub evini və gimnaziyanı ələ keçirmişdir. Klub Suvayamada yerləşən binaya köçsə də, Yaponiya hərbi polisi tərəfindən binadan çıxarılmışdır. 1945-ci ilin martında klub müvəqqəti olaraq Şoiyada yerləşən bazaya köçmüşdür, lakin iyulda bu yer Yaponiya donanmasına verilmişdir. Klub müharibənin sonuna qədər idman fəaliyyətlərini dayandırmışdır.[1]

Müharibədən sonra

redaktə

Yaponiyanın təslim olmasından iki ay sonra – 1945-ci ilin oktyabrında klubun Şoiyada yerləşən bazasına qayıtmasına icazə verilmişdir. 1949-cu ildə klub İstirahət meydançasında yerləşən tenis meydançasından yenidən istifadə etməyə başlamışdır. 1952-ci ilin iyununda klubun qəsəbədə yerləşən bazası qaytarılmış və klub 14 fevral 1953-cü ildə rəsmi olaraq yenidən açılmışdır. 1957-ci ildə Kobe şəhərinin rəhbərliyi şəhəri genişləndirmək istədiklərini və klubu İsoqami parkına köçürülməli olduğun bildirmişdir. 27 dekabr 1961-ci ildə keçirilmiş klub iclasında şəhərin təklifi qəbul edilmiş və klub bazası onlara verilmişdir. 1962-ci ildə klubun İsoqami parkında yerləşən yeni bazası açılmışdır.[1]

23 sentyabr 1970-ci ildə klub 100 illiyini qeyd etmişdir. 1955-ci ilin yanvarında baş verən Böyük Hanşin zəlzələsi zamanı klub öz qurğularını zəlzələdən zərərçəkənlər üçün açmışdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 "History of the KR&AC". Klubun rəsmi saytı (ingiliscə). 27 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2024.

Xarici keçidlər

redaktə
  Vikianbarda Kobe Reqata və Atletika Klubu ilə əlaqəli mediafayllar var.
  • Rəsmi saytı (arxivləşdirilib)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kobe_Reqata_və_Atletika_Klubu&oldid=7838343"
LOVE.AZ