Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd olmuşdur.[1]
Kolanlı | |
---|---|
40°06′56″ şm. e. 44°16′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi. Kəndin digər adı "Kolanlı Aralıq"dır[2].
Toponim kolani türk etnoniminə[3][4] mənsubluq bildirən -lı şəkilçisi artırmaqla əmələ gəlib "kolanı tayfasına məxsus yer" mənasını bildirir. Etnotoponimdir. Qııruluşca düzəltmə toponimdir.
Kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır[5][6].
1919-cu ilin sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş[6], xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır[5].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir.