. Love.az

Komodo Milli Parki - Wikipedia - Love.az

Ana Səhifə - Komodo Milli Parki

Komodo Milli Parkı — İndoneziyanın, Şərqi və Qərbi Kiçik Zond adalarının əyalətləri arasındakı sərhəd bölgədə yerləşən milli parkdır. Parka üç böyük ada (Komodo, (ind. Pulau Padar) və (ind. Pulau Rinca)) və 26-dan çox kiçik ada[1], habelə ümumi sahəsi 1733 km² (603 km²) olan Sape, Lintax və Sumba boğazları daxildir[2]. Milli park təbiətin yeddi yeni möcüzəsindən biri olaraq seçilmişdir.

Komodo
Taman Nasional Komodo
Komodo Milli Parkında Komodo varanı.
Komodo Milli Parkında Komodo varanı.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 1733 км²
Mütləq hündürlüyü 81 m
Yaradılma tarixi 06.03.1980
Yerləşməsi
8°39′05″ c. e. 119°34′35″ ş. u.HGYO
Ölkə  İndoneziya
komodonationalpark.org
Komodo xəritədə
Komodo
Komodo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Təsviri
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Təsviri

redaktə

Milli park 1980-ci ildə yaradılmışdır. 1986-cı ildə biosfer qoruğu, 1991-ci ildə isə UNESCO-nun Dünya İrsi obyekti elan edilmişdir. Parkın yaradılmasında məqsəd, ilk dəfə 1911-ci ildə kəşf edilən unikal kərtənkələ növünü — Komodo varanını qorumaq idi. Daha sonra park dəniz heyvanları da daxil olmaqla digər heyvan növlərini qorumaq vəzifəsi daşımağa başladı[3][4].

Milli parkın adaları vulkan mənşəlidir. Ərazi bir qayda olaraq yüksəkliyi 735 metrə[1] qədər olan yuvarlaq təpələrlə xarakterizə olunur. İqlimi ildə 800–1000 mm yağıntısı olan İndoneziyanın ən quraq bölgələrindən biridir. Quraqlıq mövsümdə (may- oktyabr) orta gündəlik temperatur təxminən 40 °C-dir[5].

Komodo adasında, Komodo varanının populyasiyasının yarısı yaşayır - üç min fərd. Daha iki mini Flores adasında, mini - (ind. Pulau Rinca) adasında və yüzə yaxını Qili-Motanq adasında yaşayır[3].

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Komodo National Park". 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12.08.2019.
  2. ↑ "Где находится национальный парк Комодо". news.rambler.ru. 2017-03-08 tarixində arxivləşdirilib.
  3. ↑ 1 2 Харькова О. Ю. Самые красивые заповедники мира. Москва: Эксмо. 2015. 78. ISBN 978-5-699-76866-0.
  4. ↑ "About Komodo National Park". komodonationalpark.org. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib.
  5. ↑ "UNESCO: Advisory Body Evaluation" (PDF). whc.unesco.org. 2015-10-11 tarixində arxivləşdirilib (PDF).

Həmçinin bax

redaktə
  • Böyük Sədd rifi
  • Valdes yarımadası
  • Qalapaqos adaları

Xarici keçidlər

redaktə
  • "Официальный сайт национального парка". 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Komodo_Milli_Parkı&oldid=7001374"
LOVE.AZ