Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı[1]; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir.[2] Mərkəzi iqamətgahı Xanban adlanır.[3]
Konfutsi İnstitutu | |
---|---|
| |
Yaranma tarixi | 2004 |
ci.cn/en/ | |
![]() |
İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb.[2]
2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi.[4]
Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.[2]
Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir.[3] Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır.[3] 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.[3] Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub.[3] Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub.[3]
İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılmışdır.[3]
İnstitutun yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olmuşdur.[3] İş partnyoru isə Bakı Dövlət Universiteti ilə möhkəm iş əlaqəsi olan Çin Xalq Respublikasının ən tanınmış universitetlərindən biri Anxoy Universiteti olub.[3] Ona görə də hər iki ali məktəb arasında "Təhsil əməkdaşlığı haqqında memorandum" və "Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi İnstitutunun yaradılması haqda saziş" imzalanmışdır.[3]
İlk 4 il ərzində Mərkəzin müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılmışdır.[3]
Xəzər Universitetində olan qurumlardan biridir. Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunun filialıdır.[5]
İnstitut 2013-cü il aprelin 17-də Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyi ilə yaradılmışdır.[5]