Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 ay əvvəl En Merker (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Koronavirusla Mübarizəyə Dəstək Fondu — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır.[1] Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir.[2]
Koronavirusla Mübarizəyə Dəstək Fondu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 19 mart, 2020 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
covid19fund.gov.az/az/ |
Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 2020-ci il martın 19-da fərman imzalamışdır.[3]
Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.[3]
Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.[3]
Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.
İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.[4] Ardınca Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.[5]
Dövlət başçısının ardınca Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə edənlərin sayı artıb. Dövlət büdcəsindən ayırmalarla yanaşı, hüquqi və fiziki şəxslərdə könüllü olaraq fonda ianələr edirdlər. Müxtəlif dövlət qurumları, şirkətlərlə bərabər ayrı-ayrı məşhur şəxslərdə bu könüllü aksiyada iştirak edirlər. Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov fonda 2 000 000 manat,[6] digər Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov isə fonda 1 000 000 manat vəsait köçürüb.[7]
Ümumilikdə KMDF-na 3395 hüquqi şəxs, 12,532 fiziki şəxs ianə vermişdir.[3]
KMDF-nun hesablarına daxilolmalar barədə məlumat | Miqdarı |
---|---|
Beynəlxalq Bank | 62,014,408 |
Mərkəzi Bank | 19,013,991 |
Xəzinədarlıq | 32,785,876 |
Cəmi : | 113,815,275 |
KMDF-nun hesablarına daxilolmalar barədə məlumat | Miqdarı |
---|---|
Beynəlxalq Bank | 156 982 USD 87 453,7 EUR 500 GBP 150 000 RUR |
Mənbə | Məbləğ (manatla) |
---|---|
Prezidentin ehtiyat fondundan | 20,000,000 |
Ümumilikdə fonda 114,268,840 milyon manat vəsait toplanıb.[3]
Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVID-19-a qarşı vaksinin alınmasına görə xərclənən vəsaitin məbləği məlum olub.
Yanvar ayının 14-nə olan məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.[8]