Koxanəbi — Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kənd inzibati ərazi dairəsində kənd.[2]
Koxanəbi | |
---|---|
40°52′16″ şm. e. 45°36′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kənd keçmiş Ocaqlı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı koxa (kovxa) və Nəbi (şəxs adı) sözlərindən ibarət olub, "kəndxuda Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünun sinonimi olan kovxa XVI-XIX əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə inzibati vəzifə olmuşdur. Kovxalar mahal bəyinə tabe idilər. Hər kəndin ayrıca kovxası olurdu. Bu kənd də tabeliyində olduğu kovxanın adını daşıyır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Əsrikçay və Zəyəmçay arasında, dağlıq ərazidə, Ermənistan sərhəddinin yaxınlığında yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 226 | 97 | 129 |
2009[5] | ↗240 | ↗111 | =129 |
Kənddə Koxanəbi kənd kitabxana filialı,[6] Koxanəbi kənd klubu[7] fəaliyyət göstərir.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Koxanəbi kənd tibb məntəqəsi yerləşir.[8]