Kreyq Mello (ing. Craig Mello) — amerikan biokimyaçısı, 2006-cı ildə Endrü Fayrla birgə ribonuklein turşusunun interferensiyasının (əngəlləmə, genlərin ikiqat RNTnin tərəfindən susdurması) kəşfinə görə Nobel mükafatına layiq görülüb.
Kreyq Mello | |
---|---|
Craig Cameron Mello | |
| |
Doğum tarixi | (88 yaş) |
Doğum yeri | ABŞ, Konnektikut |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri | genetika, molekular biologiya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Kreyq Mello 1982-ci ildə Braun Universitetinin biokimya fakultəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1990-cı ildə Harvard Universitetində hüceyrə və inkişaf biologiyası üzrə doktor işini yazır. Ardından Fred Hatçinson adına Xərçəng Araşdırma Mərkəzində post-doktorant kimi çalışmışdır. Daha sonra Massaçusets Universitetinin Tibb fakültəsində Molekular Təbabət üzrə professor vəzifəsinə keçdi. Bundan başqa Hovard Hyuz adına Tibbi İnstitutunda araşdırmacı kimi çalışıb.
1998-ci ildə Endrü Fayrla birgə eukariotlarda genləri işə salan və söndürən RNT interferensiyasını kəşf edir [1]. Bu, birər genlərin funksiyasını incələnməsi üçün önəmli biotibbi araşdırma üsuludur. Bundan əlavə, RNT interferensiyasını müalicəvi məqsədlər üçün cəhd edilmişdir.