. Love.az

Kroneker Kapelli Teoremi - Wikipedia - Love.az

Ana Səhifə - Kroneker Kapelli Teoremi

Kroneker-Kapelli teoremi (ing. Rouché–Capelli theorem) — xətti cəbrdə teorem olub, əsas və genişlənmiş matrisləri ranqı verilmiş xətti tənliklər sistemində həllər sayını hesablamağa imkan verir. Teorem MDB məkanında Kroneker-Kapelli teoremi kimi tanınsa da, İtaliyada Rouché–Capelli teoremi, Fransada Rouché–Fontené teoremi, İspaniya və bir çox Latın Amerikası ölkələrində Frobenius teoremi kimi bilinir.

İfadəsi

redaktə

Hər hansı n dəyişənli xətti tənliklər sisteminin həlinin olması üçün onun əsas A matrisinin ranqının genişləndirilmiş [A|b] matrisinin ranqına bərabər olması zəruri və kafi şərtdir.

Tənliyin həlli olduqda:

  • Əgər n=rank(A) olarsa, tənliyin yeganə həlli var,
  • Əks halda həllər sayı sonsuz saydadır.

Həmçinin bax

redaktə
  • Matris
  • Leopold Kroneker

İstinadlar

redaktə
  • A. Carpinteri. Structural mechanics. Taylor and Francis. 1997. səh. 74. ISBN 0-419-19160-7.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kroneker-Kapelli_teoremi&oldid=8090472"
LOVE.AZ