Kseniya Kovalenko (rus: Ксения Алексеевна Коваленко , 26 may 1995[1], Aksu (şəhər, Pavlodar vilayəti), Pavlodar vilayəti) — Rusiyalı qadın futbolçu. Mövqeyi yarımüdafiəçidir. Moskvanın "MOİK" klubunun qadın komandasının və qadınlardan ibarət Rusiya milli komandasının üzvudur.[3]
Kseniya Kovalenko | ||
---|---|---|
![]() | ||
Ümumi məlumatlar | ||
Doğum tarixi | 26 may 1995(1995-05-26)[1] (30 yaş) | |
Doğum yeri | ||
Vətəndaşlığı | ||
Boyu | 1,72 m[2] | |
Mövqeyi | yarımmüdafiəçi | |
Karyerası | ||
|
||
![]() |
Xanım futbolçu Kemerovanı təmsil edən "Kuzbass" klubunun yetirməsidir. Bir müddət "Kuzbass" klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Moskvanı təmsil edən "İzmaylovo" klubuna keçir. Burada 10 oyunda meydana çıxır. "İzmaylovo"da oynadığı müddətdə, qadınlardan ibarət Rusiya Milli Komandasına dəvət alır.
2014-cü ildə "Rossiyanka" klubuna keçir. Burada 27 oyunda meydana çıxıb 3 qol vurur. "Rossiyanka" klubu ilə birlikdə 2016-cı ildə qadın utbolu üzrə Rusiya çempionatının qalibi olur.
2017-ci ildə "MOİK" futbol klubunun qadın komandasına keçir.
Müntəzəm olaraq qadınlardan ibarət Rusiya milli komandasına dəvət edilir.[4]