. Love.az

Luren - Wikipedia - Love.az

Ana Səhifə - Luren

Lürən — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Lürən kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Lürən
38°59′20″ şm. e. 48°40′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Lürən xəritədə
Lürən
Lürən

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Din
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Lürən sözünün mənası talış dilində Lır (lür) "bataqlıq", "sucaq yer" və ən (on) isə "yer" olmaqla "Bataqlıqda salınan kənd" mənasını ehtiva edir. Kəndin adı talış dilinddə Lıron kimi tələffüs olunur.

Əhalisi

redaktə

1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Lürən kəndində 32 evdən ibarət 149 nəfər (78 nəfəri kişilər, 71 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı.[3] Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi.[3] Hazırda kənd əhalisi 1004 nəfərdən ibarətdir. Kənd əhalisi talış dili ilə yanaşı Azərbaycan dilindən də geniş istifadə edir.[4]

Din

redaktə

Kənddə "Yusifli" məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ 1 2 Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37[ölü keçid]
  4. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

redaktə
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lürən&oldid=8143602"
LOVE.AZ