. Love.az

Lenkeran Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Lenkeran Eliyev

Əliyev Lənkəran Əbülfət oğlu (Azərbaycan Respublikası) — Azərbaycanlı general-mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı, Müdafiə Nazirliyi Hərbi təhsil idarəsinin bölmə rəisi, Təlim Tədris Mərkəzinin rəisi (?–2009), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi (2009–?).

Lənkəran Əliyev
Lənkəran Əliyev qardaşı oğlu Emin Əliyevin şəhid olması ilə əlaqədar müsahibə verərkən
Lənkəran Əliyev qardaşı oğlu Emin Əliyevin şəhid olması ilə əlaqədar müsahibə verərkən
Şəxsi məlumatlar
Doğum yeri
  • Azərbaycan Respublikası
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi General-mayor
Döyüşlər Birinci Qarabağ müharibəsi

Mündəricat

  • 1 Həyatı
  • 2 Birinci Qarabağ müharibəsində iştirakı
  • 3 Ailəsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Lənkəran Əliyev 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi olmuşdur. 2009-cu ilin noyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi təyin olunmuşdur.[1]

Birinci Qarabağ müharibəsində iştirakı

redaktə

Lənkəran Əliyev 1990-cı illərdə demək olar ki, ordunu çiyinlərində quran, ən şərəfli döyüş yolu keçmiş və konkret olaraq ordu quruculuğu sahəsində mübaliğəsiz olaraq tayı–bərabəri olmayan əsil Azərbaycan zabiti olmuşdur.

O, Gəncəbasar–Qarabağda Azərbaycanın Mustafa Kamal Paşası kimi tanınır. Lənkəran Əliyev briqada yaradıb qurduğu hərbi–hissə heyəti ilə əvvəldən sona qədər ön cəbhədə, döyüş xətdində dayanan yeganə döyüş komandirlərindəndir.

Ailəsi

redaktə

Lənkəran Əliyevin qardaşı oğlu Emin Əliyev 2011-ci ildə cəbhə xəttində şəhid olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ General-mayor Lənkəran Əliyev yeni vəzifəyə təyin olunub Arxivləşdirilib 2019-09-26 at the Wayback Machine — 19 noyabr 2009
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lənkəran_Əliyev&oldid=7946795"
LOVE.AZ