. Love.az

Letafet Memmedova - Wikipedia - Love.az

Ana Səhifə - Letafet Memmedova
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Lətafət.

Lətafət Məmmədova (1954, Bakı) — rəssam.

Lətafət Məmmədova
Lətafət Hafiz qızı Məmmədova
Doğum tarixi 1954
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Hafiz Məmmədov
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu

Həyatı

redaktə

Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır.

Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir.[1]

Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir.

O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir.[2]

2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır.[2]

Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır.[1]

Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 İstanbulda Lətafət Məmmədova va tələbələrinin qrup sərgisi açılıb. "Səs" qəzeti,13 mart
  2. ↑ 1 2 3 "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.

Mənbə

redaktə
  • İstanbulda Lətafət Məmmədova va tələbələrinin qrup sərgisi açılıb. "Səs" qəzeti,13 mart.
  • http://apa.az/az/print/180075
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lətafət_Məmmədova&oldid=7137370"
LOVE.AZ