. Love.az

Larix Sibirica - Wikipedia - Love.az

Ana Səhifə - Larix Sibirica

Larix sibirica (lat. Larix sibirica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin larix cinsinə aid bitki növü.

Larix sibirica
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Laricoideae
Cins:
Larix
Növ:
Larix sibirica
Beynəlxalq elmi adı
  • Larix sibirica Ledeb., 1833
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822609
NCBI  62751
EOL  1033611

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
    • 4.2 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Arealı

redaktə

Əsasən Sibirdə, Rusiyanın Avropa hissəsində yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 40 m-ə çatan iri iynəyarpaqlı ağacdır. Çətiri piramida formalıdır. Qabığı qonur-boz rənglidir. Bir çox iynəyarpaqlı, həmişəyaşıl ağaclardan fərqli olaraq qara şam payızda bütün iynəyarpaqlarını tökür. İri, dadlı, yeməyə yararlı toxumları var. Hər qında 5 ədəd iynəyarpağın olması ilə digər növlərdən fərqlənir. Qozaları küknarın və şamın qozalarına nisbətən xırda, oval formalı və uzunluğu 3 sm-ə qədərdir, əsasən 22-38 toxum qabıqları 5-7 cərgədə yerləşir. Toxum qabığının eni 3-5 mm, uzunluğu 9-14 mm-dir. Toxumları sentyabr, oktyabr aylarında yetişir, sarımtıl, qanadcıqlı, küləklə yayılandır. Sərt şəraitə dözümlüdür, şimalda tundraya, dağlardan isə meşənin yuxarı sərhədinə qədər yayılmışdır.

Müalicəvi əhəmiyyəti onun iynəyarpaqlarında çox miqdarda askorbin turşusunun (325 mq %-ə qədər) olmasıdır. İynəyarpaqları tər halda yeyilir və sinqanın profilaktikası və müalicəsi üçün onun su həlimindən istifadə edilir ki, bu da orqanizmi vaxtaşırı C vitamin ilə zənginləşdirir. Vitaminli məhsullar olmayan ucqar Şimal rayonlarında bu, xüsusilə vacibdir. Qara şamın iynəyarpaqlarının həlimindən istifadə edilən vannalar podaqrada və oynaqların zədələnməsində xeyirlidir. Qatranından terpentin maddəsi alınır və revmatizmdə, podaqrada məlhəm və plastr kimi istifadə edilir. Oduncağından qıcıqlandırıcı və antiseptik xüsusiyyətə malik olan terpentin efir yağlı-skipidar alınır. Skipidar məlhəm və mayelər kimi revmatizmdə, tənəffüs yollarının və ağciyər xəstəliklərinin müalicəsində istifadə edilir. Öskürəyə qarşı istifadə edilən terpenhidrat alınır. 500-900 il yaşayır. Toxumların cücərmə qabiliyyəti təxminən 30 %-dir. Hündürlüyə illik artımı 45-50 sm, eninə 25-30 sm-dir, tez böyüyür. Torpağa tələbkar deyil, lakin drenajlı, məhsuldar torpaqlarda yaxşı inkişaf edir. Bataqlaşmaya dözmür.

Azərbaycanda yayılması

redaktə

Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Larix archangelica C.Lawson ex Trautv.
  • Larix decidua subsp. sibirica (Ledeb.) Domin
  • Larix decidua var. sibirica (Ledeb.) Regel
  • Larix europaea var. sibirica (Ledeb.) Loudon
  • Larix sibirica var. typica Szafer
  • Pinus pseudolarix Steud.

Heterotipik sinonimləri

redaktə
  • Larix altaica Fisch. ex Gordon & Glend.
  • Larix archangelica C.Lawson
  • Larix decidua var. russica (Endl.) Henkel & W.Hochst.
  • Larix europaea Middend.
  • Larix europaea var. russica (Endl.) Beissn.
  • Larix pseudolarix Lodd. ex Gordon & Glend.
  • Larix russica (Endl.) Sabine ex Trautv.
  • Larix sibirica var. hybrida Y.N.Lee
  • Larix sibirica f. pendula Schelle
  • Larix sibirica var. tittelbachii R.I.Schröd. ex Beissn.
  • Larix sibirica var. viridis R.E.Schroed.
  • Larix sibirica var. viridis Y.N.Lee
  • Larix sukaczewii Dylis
  • Pinus archangelica C.Lawson ex Trautv.
  • Pinus larix var. intermedia Antoine
  • Pinus larix var. russica Endl.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Larix_sibirica&oldid=8109082"
LOVE.AZ