. Love.az

Leninqradin Blokadasi - Wikipedia - Love.az

Ana Səhifə - Leninqradin Blokadasi

Leninqradın blokadası (8 sentyabr 1941 – 27 yanvar 1944) İkinci Dünya müharibəsində zamanı Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin alman-fin[1] qoşunları tərəfindən 872 gün davam edən hərbi blokadası[2].

Leninqradın hava hücumundan müdafiəsi, 1941-ci il
"Leninqradın müdafiəsinə görə" medalı

Mündəricat

  • 1 Tarixi
  • 2 Xatirə
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Tarixi

redaktə

Leninqradı zəbt etmək almanların strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular. Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsilə saxlanılırdı. Hitler komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu. Blokada yalnız 1943 ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8–11 km enində "dəhliz" açıldı (şəhər buradan təchiz edilirdi). Blokada qəti olaraq 1944-cü ilin yanvarında götürüldü. 1942-ci il dekabrın 22-də "Leninqradın müdafiəsinə görə" medalı təsis edilmiş, bu medalla 1,5 mln. adam təltif olunmuşdur. Azərbaycan döyüşçüləri də (H. Əliyev, H. Bağırov, Səmədov qardaşları, həmçinin M. Abbasov, M. Hüseynov, C. Əmirov və bir çox b.) mərdlik nümunələri göstərmişlər.

Xatirə

redaktə
  • 1974–1975-ci illərdə Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl qoyulmuşdur.

Xarici keçidlər

redaktə
  Vikianbarda Leninqradın blokadası ilə əlaqəli mediafayllar var.

İstinadlar

redaktə
  1. ↑ "Финские войска в блокаде Ленинграда | ВОЕННО-ИСТОРИЧЕСКИЙ ЖУРНАЛ" (rus). history.milportal.ru. 2017-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-19.
  2. ↑ "Блокада Ленинграда. 08.09.1941 — 27.01.1944". 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Leninqradın_blokadası&oldid=7844494"
LOVE.AZ