. Love.az

Leon Juo - Wikipedia - Love.az

Ana Səhifə - Leon Juo

Leon Juo (fr. Léon Jouhaux; 1 iyul 1879[1][2][…], XV arondisman[3] – 28 aprel 1954[3][4][…], XII arondisman[3]) — fransız sosialist və Həmkarlar İttifaqı rəhbəri. Beynəlxalq Əmək Təşkilatının qurucularından biridir.

Leon Juo
fr. Léon Jouhaux
Doğum tarixi 1 iyul 1879(1879-07-01)[1][2][…]
Doğum yeri
  • XV arondisman, Paris, Paris[3]
Vəfat tarixi 28 aprel 1954(1954-04-28)[3][4][…] (74 yaşında)
Vəfat yeri
  • XII arondisman, Paris, Paris[3]
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı[5]
Fəaliyyəti sindikatçı[d]
Mükafatları "Fəxri Legion" ordeninin zabit dərəcəsi (Fransa) — 1947 "Fəxri legion" ordeni kavaleri (Fransa) — 1945
"Nobel" sülh mükafatı — 1951
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Həyatı

redaktə

Leon Juo on altı yaşında olarkən kibrit fabrikində işləməyə başlamışdır. Qısa müddət ərzində inqilabçı Həmkarlar İttifaqı təşkilatlarının öndə gedən təbliğatçılarından biri oldu. 1906-cı ildə Beynəlxalq kibrit işçiləri Həmkarlar İttifaqının katibi, 1909-cu ildən isə Fransa Ümumi Əmək Konfederasiyasının baş katibi oldu. Birinci dünya müharibəsindən əvvəl alman işçi rəhbərləri ilə bir yerə yığışaraq müharibə əleyhdarı hərəkatı təşkilatlandırmağa çalışdı. Buna baxmayaraq, daha sonra Fransanın müharibə səylərini dəstəklədi. 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdi. Konfransda qurulan Beynəlxalq Əmək Qanunları Komissiyasının ən aktiv üzvlərindən biri kimi İqtisadi Şuranın qurulması üçün səy göstərdi. Həmkarlar İttifaqlarının iqtisadiyyatının yönləndirilməsindəki rolunu vurğulamasına qarşı olaraq, Həmkarlar İttifaqlarının siyasi hərəkatlardan müstəqil şəkildə fəaliyyət göstərməli olduğu düşüncəsini müdafiə edirdi. 1936-cı ildə Leon Blum hökumətində yer almaq təklifini qəbul etmədi. Leon Juo 1936-cı ildə Fransa Ümumi Əmək Konfederasiyasından 1921-ci ildə ayrılmış olan kommunistlərin konfederasiyaya yenidən üzv olmasını təsdiqlədi.

İkinci dünya müharibəsi illərində Fransa Ümumi Əmək Konfederasiyasını bağlayan Vişi rejimi Leon Juonu həbs edərək almanlara təhfil verdi. Leon Juo müharibə bitənə qədər konslagerdə qalandı və Fransaya geri döndükdən sonra yenidən təsis olunan Fransa Ümumi Əmək Konfederasiyasının katibliyinə seçildi. 1947-ci ildə Fransa Ümumi Əmək Konfederasiyasında çoxluğu ələ keçirmiş kommunistlərdən ayrılaraq, kommunist və katolik işçi təşkilatları aralığında mövqe tutan Fransız Ümumi Əmək Federasiyasını qurdu. Leon Juo 1949-cu ildə qurulan Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının qurulmasına öz töhfəsini verdi. Leon Juo 5 noyabr 1951-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür.

Həmçinin bax

redaktə
  • Nobel sülh mükafatı
  • Nobel Sülh mükafatı laureatlarının siyahısı

Xarici keçidlər

redaktə
  • Gardens of the Mughal Empire
  • Adrian Fletcher's Paradoxplace — PHOTOS — Great Mughal Emperors of India Arxivləşdirilib 2017-09-30 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Léon Henri Jouhaux // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. ↑ 1 2 3 4 5 6 Жуо Леон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ 1 2 León Jouhaux // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. ↑ Find a Grave (ing.). 1996.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Leon_Juo&oldid=6782030"
LOVE.AZ