Leylufər İmran qızı Əliyeva (19 noyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki informasiya" şöbəsinin müdiri, texnika elmləri doktoru, professor.
Leylufər Əliyeva | |
---|---|
Leylufər İmran qızı Əliyeva | |
![]() | |
Doğum tarixi | 19 noyabr 1949(1949-11-19) (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Neft Kimya |
Elmi dərəcəsi | texnika üzrə elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Alma-mater | Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənayə Universiteti) |
Mükafatları |
![]() |
![]() |
Leylufər İmran qızı Əliyeva 19 noyabr 1949-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 15 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft və Sənayə Universiteti) daxil olmuşdur. 1971-ci ildə institutun kimya-texnoloji fakültəsini bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnib. İnstitutda təhsil alan müddətdə "Tələbə Elmi Cəmiyyəti"nin işində fəal iştirak edərək, TEC-in qırmızı diplomuna layiq görülmüşdür.
1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspiranturasına daxil olmuşdur. L. İ. Əliyeva akademik S. C. Mehdiyevin bilavasitə rəhbərliyi ilə elmi tədqiqatlar aparmış və 1982-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Divinil-stirol oliqomerlərin epoksidləşməsi reaksiyasının tədqiqi və prosesin işlənib hazırlanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra kiçik elmi işçi, elmi işçi, 1988-ci ildən etibarən böyük elmi işçi vəzifələrində çalışmışdır.
1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə L. İ. Əliyeva "böyük elmi işçi" elmi adina layiq görülmüşdür.
2002-ci ildə "Oksigen və azot törəməli xətti olefinlər əsasında korroziyaya qarşı polifunksional inhibitorlar, mühafizəedici tərkiblər və onların komponentləri" mövzusunda doktorluq dissertasiyanı müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2002-ci ildən aparıcı elmi işçi və 2007-ci ildən etibarən NKPİ-da baş elmi işçi vəzifəsində, 2012-ci ildən etibarən NKPİ-nin şöbə müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2010-cu ildə "Neft kimyası" ixisası üzrə Leylufər xanım Əliyeva professor elmi adına layiq görülmüşdür.
Prof. L. İ. Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun keçirdiyi qrant müsabiqəsinin qalibi olmuş layihələrin (2015, 2016, 2018-ci illər) rəhbəri və məsul icraçısı olmuşdur.
Leylufər xanım 1994–2016-cı illərdə keçirilən Neft kimyası üzrə I–IX Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransları və I–III Rusiya-Azərbaycan Simpoziumlarının təşkilatçılarından biridir. O, D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Respublika İdarə Heyətinin dəfələrlə mükafatlarına layiq görülmüşdür.
Müxtəlif mənşəli yüksək olefinlərin metaltərkibli katalizatorların iştirakı ilə oksidləşməsi üzrə tədqiqatlar aparılmışdır. Tərkibində oksigenli funksional qrupları saxlayan maddələrin xassələrini öyrənməklə yanaşı, onların əsasında bəzi çevrilmələr aparmaqla aminli birləşmələr sintez edilmişdir. Bu birləşmələrin metalları elektrokimyəvi və mikrobioloji korroziyadan müdafiə etmə xassələri təyin edilmişdir. Polifunksional korroziya inhibitorları və mühafizəedici tərkiblər yaradılmışdır. Müxtəlif kompleks metal birləşmələrin və sistemlərin iştirakı ilə neftin ikinci emalından alınan olefin tərkibli fraksiyaların oksidləşmə mərhələsində istifadə etməklə Kaspi tipli inhibitorlardan fərqli olan yeni turş mühitlərdə işləyə bilən polifunksional korroziya inhibitorun alınması tullantısız texnologiyası tətbiq edilmişdır.
Naftalan neftinin ekstraksiya üsulu ilə ekoloji təhlükəsiz həlledicilərlə aromatik karbohidrogenlərdən kükürdlü birləşmələrdən təmizlənməsi texnologiyası işlənib hazırlanmıdır.
Leylufər Əliyeva 1980–1990 illər ərzində tsıkloolefinlər sırası karbohidrogenlərin sintez üsullarını işləyib hazırlamış, cevrilmələrini öyrənmiş və alınan məhsulların səmərəli tətbiq sahələrini müəyyənləşdirmişdir. Divinil-stirol oliqomerinin oksidləşməsi yolu ilə aldığı lak və boyalar aparıcı təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək sənaye miqyasında istehsal olunmaq üçün tövsiyə edilmişdir. 1990-cı ildən etibarən akademik V. M. Abbasovun rəhbərlik etdiyi NKPİ-nin "Metalların inhibitorlu mühafizəsi" laboratoriyasında çalışaraq, sərt şəraitlərdə işləyə bilən metalların korroziyaya uğramasının qarşısını ala bilən reagentlərin alınma sahəsində elmi tədqiqatlar aparmışdır.
Alınan inhibitorlar və bakterisidlər sənaye sınağından keçirilmiş və müəyyən edilmişdir ki, onlar neftçıxarma və neft emalı sənayesində yüksək göstəricilərlə tətbiq oluna bilərlər.
Aparılan tədqiqatlar nəticəsində L. İ. Əliyeva müxtəlif mühitlərdə korroziyadan mühafizə etmək üçün mineral yağlara aşqarlar almış və bu kompozisiyalar konservasiya mayeləri kimi sənayedə, kənd təsərrüfatında tətbiq olunmaq üçün tövsiyə edilmişdir.
L. İ. Əliyevanın apardığı elmi-tədqiqat işlərinin nəticələri 386-dan çox elmi əsərdə, o cümlədən 13 kitab, 17 neft-kimyasına aid 12 lüğət (aze-rus-ing.), 23 müəlliflik şəhadətnaməsinin, Azərbaycan, Rusiya patentlərinin və kitabların müəllifidir. L. İ. Əliyeva dərslik, kitablar "Elm" və Almaniyanın "LAP Lambert Academic Publishing" nəşriyyatlarında çap olunmuş monoqrafiyaların müəllifi və bir çox elmi kitabların, NKPİ elmi əsərlər toplusunun (2009–2014-cü illər) tərtibatçısı və elmi redaktorudur.
Onun rəhbərliyi ilə 6 fəlsəfə üzrə doktor və 4 elmlər doktoru hazırlanmışdır.
Professor L. İ. Əliyeva elmi əsərlərinə istinadların ümumi sayı 810 (Google Scholar). "Hirş indeksi"- 14, " İ 10 indeksi" isə 20 təşkil edir.
L. İ. Əliyeva bir neçə Beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmiş və Azərbaycan elmini Rusiyada (Moskva, 2009), Turkiyədə (EUROCORR-2012), İtaliyada (EUROCORR-2014), Çexiyada (EUROCORR-2016), Belorusiyada (Minsk, 2016) Almaniyada (Rostok, 2018), Misirdə (Hurqada, 2015; Qahirə, 2018), Makedoniyada (Skopiya, 2015) və b. laiyqincə təmsil etmişdir. 2021-ci ildə RF Kazan Milli Texnoloji İnstitutunun dəvəti ilə Neft-kimyasına aid silsilə məruzələrlə çıxış etmişdir.
O, dəfələrlə Beynalxalq simpozium və konfranslarda çıxış etmiş, D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Respublika İdarə Heyətinin mükafatlarına layiq görülmüşdür.
L. İ. Əliyeva Türkiyədə,[1][2] Rusiyada, Gürcüstanda müxtəlif konfranslarda və simpoziumlarda məruzə ilə çıxış etmişdir. Azərbaycanlı alimin məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
2006
2012
2014
2016
2017
2019
2020
2021
Vikikitabda Leylufər Əliyeva/Biblioqrafiya mövzusuna dair mətn var. |
Vikianbarda Leylufər Əliyeva ilə əlaqəli mediafayllar var. |