Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır.[2]
Liman | |
---|---|
![]() | |
38°52′24″ şm. e. 48°48′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1921 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir.
1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı[3].
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır[11].
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |