. Love.az

Movsum Ibrahimov - Wikipedia - Love.az

Ana Səhifə - Movsum Ibrahimov

Mövsüm İbrahimov — 1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi.[1]

Mövsüm İbrahimov
Şəxsi məlumatlar
Vəfat tarixi 6 aprel 1927
Hərbi fəaliyyəti
Rütbəsi podpraporşik

Həyatı

redaktə

Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ Yaqublu, Nəsiman. Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu. 2012.
  2. ↑ Əlizadə, Aydın. "Gizli "Müsavat" Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920-1926)". STRATEJİ TƏHLİL. 1–2 (23–24): 376–395.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mövsüm_İbrahimov&oldid=6111340"
LOVE.AZ