Müğənni-bəstəkar — mahnılarının bütün komponentlərini, o cümlədən sözlərini, musiqisini və aranjimanını özü həyata keçirdən və ifa edən şəxs.
"Müğənni-bəstəkar" termini adətən mahnılarını çox vaxt gitara və ya piano kimi bir musiqi alətinin müşayiəti ilə özləri bəstələyən, məşhur musiqi ifaçılarını təsvir etmək üçün istifadə olunur.[1] Bu tipdə olan sənətkarlar bəstəkar, müəllif, vokalçı, bəzən instrumental ifaçı və çox vaxt öz fəaliyyətinə özü rəhbərlik edən şəxs rollarını ifa edirlər.[2] AllMusic-ə görə, müğənni-bəstəkarların sözləri çox vaxt şəxsi xarakter daşıyır, lakin düşünülmüş mürəkkəb metaforalar və qeyri-müəyyən təsvirlərlə (obrazlarla) örtülüdür və onların yaradıcılıq maraqları ifalarından daha çox mahnının özünə yönəlir. Oxşar bir formada bu cür sənətkarların yazdırdıqları səsyazmaları da birbaşa mahnının özünü ön plana çıxaran bir səs estetikasına malik olur.[3]
Vikianbarda Müğənni-bəstəkar ilə əlaqəli mediafayllar var. |