Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Müşfiq Ötgün (tam adı: Şükürov Müşfiq Yarəhməd oğlu; d. 7 iyun 1968, Quba rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı filosof, fəlsəfə elmləri namizədi, dosent[1].
Müşfiq Şükürov | |
---|---|
Şükürov Müşfiq Yarəhməd oğlu | |
Doğum tarixi | 7 iyun 1968(1968-06-07) (56 yaş) |
Doğum yeri | |
İstiqaməti | fəlsəfə |
7 iyun 1968-ci ildə Quba rayonunda anadan olmuşdur[1].
Hazırda Sumqayıt şəhərində yaşayır[1]. AMEA-nın Fəlsəfə İnsitutunun böyük elmi işçidir[2].
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbi və Azərbaycan Sənaye İnstitutunu (indiki Sumqayıt Dövlət Universiteti) bitirmişdir[2].
1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olmuş və 2001-ci ildə "Ekoloji problem və mənəvi imperativ" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir[1].
1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifidir[1].
Fəlsəfi ədəbiyyatdan bir sıra tərcümələr etmişdir[2].
Müxtəlif vaxtlarda Sumqayıt Dövlət Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fəlsəfə, mifologiya, mədəniyyətşünaslıq fənnlərindən mühazirələr oxumuşdur[2].