. Love.az

Mursel Isayev - Wikipedia - Love.az

Ana Səhifə - Mursel Isayev

Mürsəl İsayev (tam adı: İsayev Mürsəl Məhəmmədhüseyn oğlu; 1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri.

Mürsəl İsayev
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
1994 – 2000
ƏvvəlkiRamil Usubov
SonrakıƏhməd Əhmədov
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
1993 – 1994
NazirRamil Usubov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1949(1949-01-01) (76 yaş)
Doğum yeri
  • Xok, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Naxçıvan Pedaqoji İnstitutu
Rütbəsi general-mayor

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 Mənbə

Həyatı

redaktə

İsayev Mürsəl Məhəmmədhüseyn oğlu 1 yanvar 1949-cu ildə Şərur rayonunun Xok kəndində(hal-hazırda Kəngərli rayonunun ərazisinə daxildir) anadan olub. 1973-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1986-cı ildə SSRİ Daxili işlər Nazirliyinin Ali Milis Akademiyasının Rostov filialını bitirmişdir.

Ailəlidir. Həyat yoldaşı Zeynəb İsayeva. Üç qız övladı var – Aygün, Jalə, Ərəbiyyə.

Fəaliyyəti

redaktə

1976-cı ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi sistemində bir sıra məsul vəzifələrdə, o cümlədən 1988-ci ildən Naxçıvan şəhər daxili işlər şöbəsinin rəisi,1989-cu ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi cinayər axtarış şöbəsinin rəisi,1993-cü ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini vəzifələrində çalışmışdır. 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri olmuşdur. 2001-ci ildən istifedadır.1995-ci ildən olan polis general-mayorudur.

Təltif və mükafatları

redaktə
  • SSRİ-nin əməkdar çekisti-1986.
  • Azərbaycan Respublikasının "əlaçı polis işçi",

Mənbə

redaktə
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 216. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mürsəl_İsayev&oldid=8124921"
LOVE.AZ