Müseyib Bağırov (tam adı: Bağırov Müseyib Bağır oğlu; 30 iyun 1915 - 17 may 1981) — Sovet İttifaqı Qəhrəmanı.[1]
Bağırov Müseyib | |
---|---|
Bağırov Müseyib Bağır oğlu | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() ![]() ![]() |
Atası | Bağırov Bağır |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası | |
Mükafatları |
![]() ![]() |
Gəncə şəhərində dünyaya göz açmış, Bakı dənizçilik texnikumunu qurtarmış (1933) və 1941-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbi 1943-cü ildə bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur.[2]
Qvardiya baş leytenant M.Bağırov Paltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir. 1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.[3] Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.