. Love.az

Muzeffer Abutalibov - Wikipedia - Love.az

Ana Səhifə - Muzeffer Abutalibov

Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968).

Müzəffər Abutalıbov
Müzəffər Heydər oğlu Abutalıbov
Doğum tarixi 14 dekabr 1908
Doğum yeri Ordubad
Vəfat tarixi 8 noyabr 1984 (75 yaşında)
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
Elm sahəsi bitkiçilik
Elmi dərəcəsi
  • biologiya elmləri doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Politexnik İnstitutu
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Elmi Tədqiqatları
  • 4 Elmi – təşkilati fəaliyyəti
  • 5 Təltif və mükafatları
  • 6 Ölümü
  • 7 Mənbə
  • 8 İstinadlar

Həyatı

redaktə

Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. [1]

Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1950; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. [2]

Elmi fəaliyyəti

redaktə

Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. [3]

Elmi Tədqiqatları

redaktə

0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir.

M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır.

Elmi – təşkilati fəaliyyəti

redaktə
  • 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü,
  • SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü,
  • Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.

Təltif və mükafatları

redaktə
  • M.Abutalıbov "1941-1945-ci illərdə II Dünya Müharibəsində "Fədakar Əməyə görə",
  • "Qafqazın müdafiəsinə görə”
  • "Fədakar əməyə görə” medalları ilə təltif edilmişdir.

Ölümü

redaktə

Akademik Müzəffər Abutahbov 1984-cü il noyabrın 8-də vəfat etmişdir.

Mənbə

redaktə
  • Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.141
  • Abutalıbov Müzəffər Heydər oğlu Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  2. ↑ "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  3. ↑ "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müzəffər_Abutalıbov&oldid=8052751"
LOVE.AZ