Vikipediya:VikiLayihə Azərbaycan tarixi (Keyfiyyət: SM, Əhəmiyyət: Ən) | |||
---|---|---|---|
![]() |
| ||
![]() |
Bu məqalənin qiymətləndirmə şkalasına görə keyfiyyəti: SM. | ||
Ən | Bu məqalənin qiymətləndirmə şkalasına görə əhəmiyyəti: Ən | ||
Bu, Şirvanşahlar dövləti məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Mən tapdığım şer belədir:
در زیور پارسی و تازی/این تازه عروس را طرازی
ترکی صفت وفای ما نیست/ ترکانه سخن سزای ما نیست
Bu tazə ərusi (gəlini-Leyli Məcnundan əsərinin yaradılmasından söz gedir) Fars - Ərəb bəzəməyilə bəzə.
Türklük bizim vəfalı sifətimizə uyğun deyil-Türkcə danışıq bizə yaraşmaz.
--Ebrahimi-amir 08:25, 12 iyun 2011 (UTC)Cavabla
پدر بر پدر مر مرا ترک بود/ به فرزانگی هر یکی گرگ بود
Mənin əcdadım qat-qat Türk olublar--Fərzanəlikdə qurd olublar
Məxzənol Əsrarda (Sirlər xəzinəsi):
دولت ترکان چو بلندی گرفت--مملکت از داد پسندی گرفت
چونکه تو بیدادگری پروری--ترک نه ای ؛ هندوی غارتگری
Türklərin dövləti ki ucaldi--məmləkətdə ədalətlə doldu
Sən zülmkar olsansa--Türk yox qarət edici Hindusan
Həft Peykərdə (Yeddi gözəl):
گفت من ترک نازنین اندام--از پدر ترکناز دارم نام
Dedi mən nazənin əndam Türk--atadan nazlı Türkcədə adımvar (İkinci misrada yanlışlıq ola bilər)
İskəndər namədə (sgəndərnamə):
ز کوه خزر تا به دریای چین--همه ترک بینم زمین
Xəzər dağından Çin gölünükimin--yer üzündə Türkləri görürəm
--Ebrahimi-amir 08:32, 12 iyun 2011 (UTC)Cavabla
Yuxarıda yazdıqlarınızıoxuya bilmədim, ona görə də fikir bildirə bilmirəm, mümkünsə Azərbaycan dilinə tərcünə edin. --sefer 13:49, 12 iyun 2011 (UTC)Cavabla
Xəritədə böyük xəriflərlə "ARMENIA" sözü yazılıb. Bu nə deməkdir? --Мурад 97 13:46, 3 iyul 2011 (UTC)Cavabla
Hər zamankı kimi Səfər bəy məni heyrətləndirməkdə davam edir. Eşq olsun! Əla məqalədir! Dəhşət dolğundur... Bu deyəsən rekord oldu :). Düzü tam oxumağa vaxt tapmamışam. Bu aralarda "istirahət" edirəm. Ona görə də bir az işlərdən uzaq düşmüşəm. Amma həqiqətən məqalə superdir. Vaxt olduqca mövzular üzrə oxuyacam. Əllərinə salıq! ;). --Proger danış 10:36, 17 avqust 2011 (UTC)Cavabla
Əla! Alqışlansın! Amma yenə də bir az təkmilləşdirilməsinə və redaktəyə ehtiyac var. Məqalədə Petruşevskidən qalan səhvlərə yol verilib. Məsələn "Sidi Əhməd" nə deməkdir? Seyid Əhməd olmalıdır. Sonra Şeyx İbrahim Əmir Teymura "oğlan uşaqları" hədiyyə etmişdir nə deməkdir?! "Qulam" yazılsa idi daha doğru alınardı; və s. Hörmətlə, --Aydın Məmmədov 00:00, 18 avqust 2011 (UTC)Cavabla
أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا (– Görmədinmi Biz kafirlərin üzərinə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdik?)
Teymur Bunun xahişini qəbul edər və Onun və Onların mallarından ziyadə bol bir mal istəmiş olub; Şeyx İbrahim o istənilənləri Onun (– Teymurun) xəzinəsinə göndərdi və özü köçər və Onun (– Teymurun) qışlağının xalçasını Qarabağ içində sərər və bu[nlar] 806( 1403)-cı ildə [olmuş] idi; səh. 204-212، ١٢٣٩، ابن عربشا ه
3 Şirvanşah pulunun hər iki üzünün şəklini yüklədim və onlardan yalnız birinin (məsləhətdirsə, digərlərini də yükləyək), Bürhanın adı oaln pulu məqaləyə yerləşdirdim. O məqsədlə ki, Şirvanşahlar dövlətinin 1548-ci ildə də mövcud olduğunu əyani şəkildə göstərim. Belə ki məqalədə Şirvanşahlar dövlətinin yalnız 1539-cu ilə qədər mövcud olduğu qeyd edilib?!
Məqalə müəllif hüquqların pozduğu üçün onun seçilmiş məqalə seçilməsi yolverilməzdir, gələcəkdə çox böyük problem yaradacaq. bu məsələnin indidən həll olunması mütləq vacibdir. --Melikov Memmed⇒email 04:54, 6 sentyabr 2011 (UTC)Cavabla
Məqalədə müəllif hüquqlarından əlavə ən ciddi problem isə Kopi-pastla bağlıdır. Çünki Qlobal Vikipediya qaydalarına əsasən Kopi-past qadağandır. Yalnız sitatları Kopi-past etmək olar. Bu məqalə Kopi-pastlardan təmizlənməlidir. --►Safir yüzüklü Ceklimesaj 04:07, 9 sentyabr 2011 (UTC)Cavabla
Bu şəkillərlə gələcəkdə problemi ola bilər, indidən həll olunsa yaxşıdır:
Üzr istəyirəm, Girişdə bir az dəyişiklik etdim. Həmçinin, nəzərinizə çatdırmaq istəyirəm ki, Dərbəndi heç vaxt Şirvandan ayırmayın, artıq sübut olunub ki, Minoriskiyin yazdığı Dərbənd əmirliyi heç vaxt olmayıb, Dərbənd Şirvanşahlar dövlətinin tərkibində olub. Əgər Girişə mənim redaktəmlə razı deyilsinizsə və onu əvvəlki vəziyyətə qaytarmaq istəyirsinizsə, onda xahiş edirəm bir az diqqətli olun, Şəki tarixi ərazisi əvəzinə Şəki şəhərinə, Şirvan tarixi ərazisi deyərək Şirvan şəhərinə keçid verməyin! -- Hörmətlə, ––Aydın Məmmədov 21:05 23 sentyabr 2011 (UTC)
Gerb deyəsən istifadəçi Cavidaga tərəfində bu məqaləyə yerləşdirilib. Amma nədənsə mənbə göstərilmir?! Mən belə bir gerb tanımıram, yəqin ki digər istifadəçilər də mənim kimi belə bir gerb barədə indiyə qədər məlumatlı olmayıblar. Elə isə gerbin haradan götürülməsi və həmin mənbənin nə qədər mötəbər olmasını araşdırmağa ehtiyac var, əks halda, gerb adı ilə təqdim edilən şəkil məqalədən yığışdırılmalıdır. -- Hörmətlə, ––Aydın Məmmədov 18:40 27 oktyabr 2012 (UTC)
Bu qerbi ancaq bir yerdə gördüm: Bakı qalasın üstündə. Özü də rəngli deyil, qalasın divarın hissəsidir. Lakin, mən elə bilirdim ki, bu gədim Bakının gerbidir... --Мурад 97 (talk) 01:21, 28 oktyabr 2012 (UTC)Cavabla
Bəli, gerb Sara Aşurbəylinin təsvir etdiyi gerbin müasirləşdirilmiş versiyasıdır. Eyni zamanda Şirvanşahlar Sarayı Kompleksinin rəsmi saytına da istinad etmək olar [1]. --Cavid Ağa (talk) 05:24, 21 noyabr 2012 (UTC)Cavabla
Məqalədə şirvanşahlar sülaləsinin bir-birinə qohum olan 3 sülalədən ibarət olması göstərilir. Amma mənbiləni bu köhnəlmiş versiyadır və hamıya məlumdur ki yalnız bir sülalə var, onlar heç də bir-birinə qohum yox, əslində bir nəslin davamçısıdırlar. Məsələn, Şeyx İbrahim əvvəlki şirvanşahın əmisi oğlu deyildimi? Şeyx İbrahimin əmisi oğlu da Yəzidin nəslindəndir, Şeyx İbrahim də. Elə isə biz niyə şirvsanşahlar sülaləsini niyə 3 yerə bölməliyik ki?! Qeyd etdiyim əvvəllər belə bölürdülər, bu tarixçilərin uydurmasıdır, müasir tarixşünaslıqda məncə Şirvanşahlar sülaləsi vahid bir süilalə hesab edilir, "məzyədilər", "kəsranilər" və "dərbəndilər" isə indi heç də sülalə kimi yox, əslində şirvanşahlar sülaləsindəki mərhələlər, dövrlər kimi başa düşülə bilər. ––Aydın Məmmədov 18:24 6 noyabr 2012 (UTC)
Məqaləyə görə Şirvanşahlar dövlətinin Şamaxı adında paytaxtı olmayıb?! ––Aydın Məmmədov 21:24 6 noyabr 2012 (UTC)
Şirvanşahlar dövlətinin rəsmi dili fars dili olub. Elmi əsərlər də ərəb və fars dillərində yazılıb. Şirvanşahlar üçün dillərdən birini də Türk dili yazmaq, sadəcə azərbaycanlı oxucunu yanlış məlumatlandırmaqdır. Ümumiyyətlə, Səfəvilərə qədər (onlarda da sadəcə faktiki saray və ordu dili olub) Türk dilinin Azərbaycan ərazisində hansı isə dövlətin rəsmi dili olmasını yazmaq Orijinal tədqiqatdır. --Melikov Memmed⇒email 05:55, 8 noyabr 2012 (UTC)Cavabla
Dil məsələsinə görə {{Tarixi_dövlət}} şablonuna baxın, "dil — Dövlət dili" yazılıb, hətta şablonda bu olmaza belə Vikipediyada "dövlət" şablonlarında "dil" məhz rəsmi dil, dövlət dilini bildirmək üçün işlənir. Bu səbəbdən "azərbaycan dili - canlı danışıq dili" yazılışı tam bir Orijinal tədqiqatdır, bu məntiq ilə tat dili, ləzgi dili, bir az uzağa da gedib, yəhudi dili, erməni dili və s... də yazmaq olar. Şəxsən mən, hazırda bizim nəinki KİV, hətta bəzi "alimlərimizin" yazılarında tarixi faktlara tam qeyri-ciddi bir münasibətin olduğunu bildiyim üçün, daha çox azərbaycanca mənbələrə əsaslanmalı olan AzVikidən də "möcüzə" gözləmirəm, yəni bu kütləvi hal olduğu üçün "bir yalan çox, bir yalan az" prinsipi ilə demək olar ki, barışmışam. Ancaq azərbaycanlı oxucuya da yanlış məlumat verməyi də ən azı "mənəvi cinayət" hesab edirəm. Yəni biz məqaləyə Şirvanşahlar dövlətinin dillərindən birinin də azərbaycan dili olduğunu, hətta mədrəsələrdə də Səməd Vurğunun "Azərbaycan" şeirinin öyrədildiyini yaza bilərik, ancaq bunun Azərbaycandan kənar heç bir müsbət təsirinin olmadığını və sadəcə öz gənc nəslimizi aldatmaqa onların bilik səviyyəsini gülünc vəziyyətə saldığımızı da anlamağımız gərəkdir. XXI əsrdə tarixə münasibətdə sadəcə özümüz-özümüzü aldatmağımız isə heç cür qəbul ediləsi bir hal deyil. --Melikov Memmed⇒email 06:35, 10 noyabr 2012 (UTC)Cavabla
Digər şablomlarda "sələfi", "xələfi" yazılırdı, burada isə "varislik"dir?! Əgər "varislik" "sələfi", "xələfi" deməkdirsə, Qafqaz Albaniyası Şirvanşahlar dövlətinin heç də sələfi deyil, belə ki, Qafqaz Albaniyasından sonra bu ərazi Ərəb xilafətinin tərkibinə qatılmışdı. Ərəb xilafətinin tənəzzülü nəticəsində isə Şirvanşahlar dövləti yaranıb. Əgər hesab edirsinizsə ki varislik "sələfi", "xələfi" demək deyil, elə "varislik" deməkdir, onda da Səfəvilər dövləti Şirvanşahlar dövlətinin varisi ola bilməz, Şirvanşahlar üçün Səfəvilər işğalçı, Səfəvilər üçün isə Şirvanşahlar fəth etdikləri yeni vilayətdir. ––Aydın Məmmədov 18:20 8 noyabr 2012 (UTC)
I Məhəmməd ibn Yezid Şirvanşah yox Layzanşah olub. Çünki o Heysam ibn Xalidin qardaşı oğludur. Biz bilirik ki, Əli ibn Heysam Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən devrilib. Layzanşahlıq Şirvanşahlığı ələ keçirib. Elə isə "I" və "II" kimi sıra nömrəsi bildirən adlar tamamilə dəyişməlidir.
Layzanşahlar:
I Yezid
I Məhəmməd
II Yezid kimi göstərilməlidir.
Şirvanşahlarda isə Əli ibn Heysamdan sonra II Yezid, I Yezid göstərilməlidir. Ona görə də təklif edirəm şahlara açılan başlıqlar daha konkret başlıqlara köçürülsün.--Cavid Ağa (talk) 14:21, 7 yanvar 2015 (UTC)Cavabla
--217.168.188.34 10:44, 30 dekabr 2016 (UTC) vasif Efendi Şirvanşah Fərrux Yasar salyan hakimini təyin edərkən imzaladığı fərmanın türkcə olması barədə məlumat aldım.Hörmətli mütəxxəsislərdən xahiş edirəm ki. bu barədə məlumatı olan bir bilgi varsin.Cavabla