Bu, Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
37-ci il Repressiyasına məruz qalanlar siyahısında Məmməd Cəfər Əliyev adlı ziyalımızın adını tapa bilmədim. Oğlundan "Repressiyaya qalanın övladı" olduğuna dair sənədi alıb burda göstərdikdən sonra, bu məqaləyə onun adını əlavə etməyimdə bir problem var mı?
Hörmətlə... — Bu imzasız yazı DeMechanico (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Bu siyahı ancaq Azərbaycana aiddir, ona görə də məqalənin adında qeyd edilməlidir. Amma təklif edirəm ki, "tutulan və güllələnən şəxslər" ifadəsinin əvəzinə "repressiya qurbanları" ifadəsindən istifadə olunsun. Məncə "Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)" olsa daha lakonik və informativ olar. Əgər digər illərdəki repressiya qurbanları ilə bağlı məqalə yaradılsa onu da bu stildə adlandırarıq. Ümumiyyətlə, mənim fikrimcə məqalənin adında illərin əvvəldə qeyd olunması yalnız o halda düzgündür ki, məqalənin mövzusunu təşkil edən hadisə tarixdə məhz o adla məlumdur. Məsələn, ABŞ və Britaniya arasındakı "1812-ci il müharibəsi". Başqa istisnalar da ola bilər.--Wertuose 05:47, 17 fevral 2011 (UTC)Cavabla
"Azərbaycanda 1937-1938-ci illərin repressiya qurbanlarının siyahısı" - bu variant daha məqbuldur.--Sortilegus 23:27, 18 fevral 2011 (UTC)Cavabla