Hörmətli vikipediya istifadəçiləri. Xahiş edirəm ki, Dairəvi məbəd məqaləsində idarəçi Sefer azerinin qərəzli hücümlarına münasibət bildirəsiniz. O, məqaləni cəmi 2 cümləyə qədər ixtisar edir, tanışı Gülçöhrənin yazdıqlarından başqa bütün alternativ fikirləri, etibarlı mənbələri silir. Bu günlərə qədər 19-cu əsrin tikintisi hesab olunmuş bir kilsənin tarixini, Gülçöhrə öz kitabında 5-ci əsrə aid etmiş (?!), Səfər isə vikipediyada Gülçöhrənin səhvini ört-basdır etməyə çalışır, digər mənbələri pozmaqla vikipediya prinsiplərinə zidd olaraq tərəflilik edir. — Bu imzasız yazı 128.199.41.247 (m) tərəfindən əlavə edilib; 10:15, 9 mart 2015 (UTC)Cavabla
Etibarlılığı şübhə doğuran mənbələri məqalədən çıxardım. Mühafizəni də götürürəm. Əks iddialar olursa, hansısa fikrə mənbə istənirsə onları əlavə etmək lazımdır. İdarəçilərdən xahiş edirəm ki, bu müddət ərzində məqaləni mühafizə etməsinlər. --Sortilegus (talk) 17:48, 9 mart 2015 (UTC)Cavabla
Forumda yazılanlarla bağlı yazdıqlarınıza isə məncə artıq ehtiyac yox idi. Çünki siz yazana qədər, mən artıq etibarlı mənbələrə istinad etmişdim, foruma istinada isə artıq ehtiyac olmadı. Bu gün isə söz gedən David Utiyevin qəbrinin şəklini də çəkib məqaləyə yerləşdirdim. Buyurun, mənbələri nə qədər istəsəniz yoxlayın. Hal-hazırda məni qane etməyən
Məqaləni imkan tapdıqca yemə də zənginləşdirəcəyəm. Əslində bu memarlıq abidəsi haqqında məqalədir. Hesab edirəm ki, biz alternativ olaraq Şəki rus kilsəsi haqqında məqalə də yaratmalıyıq və Dairəvi məbəd məqaləsinin mətninin böyük hissəsini ora köçürməliyik. Buna sizin münasibətinizi bilmək mənim üçün xoş olar. Hörmətli həmkarım cənab Asparux Xan Bulqardan və gürcü dilini bilən digər yoldaşlardan isə xahiş edirəm ki, münkünsə, məqalədəki qəbir şəkillərində gürcü dilindəki mətnləri tərcümə etsinlər. Belə ki rusca mətnlərdə pozulmuş hüssələri, gürcü dilindəki mətnlərə əsasən bərpa edə bilək. Əvvəlcədən təşəkkürlər. -- Hörmətlə, Aydın Məmmədov (talk) 13:36, 29 mart 2015 (UTC)Cavabla
Abidənin adı rəsmi dövlət qanununda "Dairəvi məbəd", tarixi isə XIX əsr ([1]), Mədəniyyət və Turizm nazirliyinin rəsmi saytında da adı "Dairəvi məbəd" olaraq qeyd edilmişdir.([2])--samral müzakirə 12:12, 25 aprel 2015 (UTC)Cavabla
Mən "Нухинской трехсвятительской церкви"ni azərbaycan dilinə "Nuxa Üç-Müqəddəs kilsəsi" kimi tərcümədən başqa şəkildə tərcümə edə bilmirəm. Kim başqa cür tərcümə edə bilirsə, buyursun etsin, heç bir etirazım olmayacaq, yalnız əvvəlcədən təşəkkür edə bilərəm. Bəlkə həmkarımız Aydın Əlizadə bizə daha doğru tərcüməni göstərdi? Ona indi müraciət edərəm. Yeri gəlmişkən, əlavə edim ki, Aydın bəy, "Üç-Müqəddəs"i "Kappadokiyalı kilsə ataları" kimi yazmışdır. Amma əlbəttə ki, məqalənin adını "Kappadokiyalı kilsə ataları kilsəsi", yaxud "Kappadokiyalı üç kilsə atası kilsəsi" kimi yazmaq olmaz. İndiki variantı ən doğru hesab edirəm və şablou götürürəm. Bununla yanaşı, qeyd etdiyim kimi, rusca "Нухинской трехсвятительской церкви"ni kim başqa cür tərcümə edə bilirsə, buyursun etsin, heç bir etirazım olmayacaq, yalnız əvvəlcədən təşəkkür edə bilərəm -- Hörmətlə, Aydın Məmmədov (talk) 6:27, 31 mart 2015 (UTC)
Hörmətli Aydın bəy. Rusca "Нухинской трехсвятительской церкви" adlanan kilsənin adının azərbaycancaya tərcüməsində bizə yardımçı ola bilərsinizmi? O cümlədən, bir mütəxəssis kimi Üç-Müqəddəs kilsəsi (Şəki) məqaləsi ilə bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Əvvəlcədən təşəkkür edirəm. -- Hörmətlə, Aydın Məmmədov (talk) 6:42, 31 mart 2015 (UTC)
Ən yaxşısı "Nuxa üçmüqəddəslər kilsəsi"dir. Başqa cür çevirmək olmur. Məqalə isə çox yaxşıdır. --Aydın Əlizadə (müzakirə) 07:10, 31 mart 2015 (UTC)Cavabla
Siz də sağolun --Aydın Əlizadə (müzakirə) 08:44, 31 mart 2015 (UTC)Cavabla
Əlbəttə. Ən məqsədəuyğunu odur. --Aydın Əlizadə (müzakirə) 12:18, 31 mart 2015 (UTC)Cavabla