Bu, Fikrət Yusifov məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Wertuose, xahiş edirəm, məqalədən sildiyiniz məlumatları geri qaytarın. Qeyd etdiyiniz səbəb əsassızdır. Ora sırf dövlət vəzifəsi əlavə edilmir, şablonun adı "Vəzifəli şəxs"dir. Digər məqalələrə də diqqət yetirin. Bunu sizin də bildiyinizi düşünürəm. Dr.Wiki54, bir dəfə geri qaytarmısınız deyə sizi də fikir bildirməyə səsləyirəm. Gadir (müzakirə) 16:15, 3 iyul 2023 (UTC)Cavabla
@Toghrul R, katib bir çox partiyada 2000-ci illərədək sədr müavini vəzifəsi olub. İcraçı katib sədrin birinci müavini. Məclis sədri bir çox partiyada sədr müavinindən üstün postdur. Digər viki layihələrində də olduğu kimi sədr müavini və yüksək çinli postlar (partiya daxili) əlavə oluna bilər. TrVikidə bəzən hətta partiya departamentlərinin rəhbərlik titulları da şablona əlavə olunur. Digər vəzifələr müzakirəyə açıq ola bilər. Lakin sədr müavinin heç bir müzakirəyə ehtiyacı yoxdur. Şəxsdən biz xahiş etməmişik ki, getsin sədr müavini olsun, indi də biz silək ki, yox olmayıb. Bu vəzifəni daşıyıb. Digər vikilərdə olduğu kimi də əlavə olunmalıdır. 1 gün belə daşısa vəzifə vəzifədir. Hansı istifadəçi həmkarım idi, tam xatırlamıram, deyəsən, Solavirum idi, deyirdi ki, Azərbaycanca Vikipediyanı kağız ensiklopediyaya çevirməyək. Haqlıdır. Nazir, deputat, komitə sədri deyilsə vəzifə sahibi deyil məgər? Bu biraz təkpartiyalı sovet dövrü təfəkkürüdür. Fəaliyyətimi dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Dr.Wiki54 (müzakirə) 10:45, 4 iyul 2023 (UTC)Cavabla
Salam həmkarlar. Müzakirəni diqqətlə oxudum. Bu hal ilə məndə rastlaşdım Vüsal Quliyev adlı məqalədə. İnfoboksda hansı məlumatların yazılmasının qaydası harda qeyd edilib? Həmkarım Dr.Wiki54 bir neçə dəfə qeyd etdiklərimi geri qaytarıb. Baxmayaraq ki, "Vəzifəli şəxs" şablonu qoymuşam və bu şablonda şəxsin vəzifəsi qeyd edilməlidir fikrimcə. Fikirləriniz önəmlidir. @Wertuose, @Toghrul R, @Gadir, @Solavirum — A.Aida88 (müzakirə) 09:34, 8 iyul 2023 (UTC)Cavabla